Maraqlı

Alimlər koronavirusa qarşı dərmanın yaradılması üçün test sistemi hazırlayıb

19 Dekabr 2021 20:40
0 Şərh     Baxış: 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada bir qrup alim COVID-19 infeksiyasına qarşı dərman preparatının yaradılması üçün test sistemi hazırlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni sistem koronavirusun çoxalması üçün lazım olan fermentin fəallığının qarşısını alan kimyəvi maddələrin səmərəliliyini 10-15 dəqiqə ərzində qiymətləndirir.

Qeyd olunur ki, bu test sistemi koronavirusa qarşı dərmanın hazırlanmasına yola açacaq.

Sistem Rusiya Elmlər Akademiyasının Kimyəvi biologiya İnstitutunun, Bioüzvi kimya İnstitutunun, Federal immun-bioloji preparatların tədqiqatı və hazırlanması elmi mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.