Türkmənistanın mediadan gizlədilən birinci ledisi - Onun fotosu ilk dəfə YAYIMLANDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
28-29 noyabr tarixlərində Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı bir sıra maqalı məqamlarla yadda qaldı.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, belə maraqlı məqamlardan biri Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun xanımının fotosunun ilk dəfə mətbuatda yayımlanması oldu. Belə ki, 11 fevral 2007-ci il tarixindən indiyə kimi prezident postunu tutan Qurbanqulu Berdiməhəmmədov bu 15 il ərzində həyat yoldaşını nə rəsmi tədbirlərə və xarici səfərlərə aparmışdı, nə də 1-ci ledinin şəklinin mətbuatda yayımlanmasına icazə vermişdi.
Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı Türkmənistanın birinci ledisi ilə bağlı məhdud informasiyalardan birinə son qoydu.
Türkmənistanın birinci xanımı Oğulgerek Berdiməhəmmədovanın fotosunun yayımlanmasına görə isə xarici media Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğana minnətdar ola bilər.
Məhz Əminə Ərdoğan Tvitter hesabında Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və xanımı Oğulgerek Berdiməhəmmədova ilə birgə fotosunu paylaşaraq, onlara türkmən qonaqpərvərliyinə görə təşəkkürünü bildirib.
Ə.Ərdoğan "Aşqabad səfərimiz zamanı bizə ənənəvi türkmən qonaqpərvərliyini göstərən Türkmənistan prezidenti Berdiməhəmmədova və onun dəyərli həyat yoldaşı Oğulgerek xanıma təşəkkürümü bildirirəm" deyə sosial şəbəkədə yazıb.
Foto Rəcəb Tayyib Ərdoğan, Əminə Ərdoğan, Qurbanqulu Berdiməhəmmədov və Oğulgerek Berdiməhəmmədovanın birgə rəsmi naharından sonra çəkilib.
Qeyd edək ki, Türkmənistan barədə qapalı ölkə imici formalaşdıran prezident Qurbanqulu Berdiməhəmmədov sayəsində ölkənin birinci ledisi barədə də çox məhdud informasiya var.
Türkmənistanda mətbuata prezidentin ailəsi barədə hər hansı məlumat vermək qadağan olunub. Türkmənlər özləri də bu barədə danışmağa ehtiyat edirlər. Ümumiyyətlə, Türkmənistanda 64 yaşlı prezident Berdiməhəmmədovun ailəsi haqqında çox adam çox şey bilmir. Bilənlər isə bu barədə danışmaq istəmirlər.
Məlum olan odur ki, Qurbanqulu Berdiməhəmmədov ailəlidir, 2 qızı və bir oğlu var - Gülcahan, Gülşən və Sərdar.
Prezidentin böyük qızı Gülcahan Berdiməhəmmədova karbohidrogen ehtiyatlarının istifadəsi üzrə türkmən dövlət agentliyinin Avropa təmsilçisi Yaşgəldi Amanovla evlidir. Berdıməhəmmədovun böyük qızı və kürəkəni hazırda Londonda yaşayırlar. Kürəkən Yaşgəldi Amanov türkmən agentliyinin Londonda yerləşən ofisində çalışır.
Prezident Q.Berdıməhəmmədovun digər qızı Gülşən Berdiməhəmmədova isə Parisdə yaşayır. O, Türkəmənistanın Fransadakı səfirliyində çalışan diplomatla evlidir.
Prezidentin oğlu Sərdar Berdıməhəmmədov hazırda baş nazirin müavini vəzifəsində çalışır. O, bu vəzifəyə 2021-ci ilin ortalarında təyin edilib.
Əlavə edək ki, birinci xanım Oğulgerek Berdiməhəmmədovanın tərcümeyi-halı da mətbuata məlum deyil.
Bəzi məlumatlara görə, Oğulgerek xanım Londonda böyük qızının yanında yaşayır və Türkmənistana az-az hallarda gəlir.
Yeri gəlmişkən, bir neçə il əvvəl xarici mətbuat türkmən prezidentin başqa bir qadınla yaşadığı barədə iddia ilə çıxış etmişdi. Həmin informasiyalarda qeyd olunurdu ki, milliyyətcə rus olan Marina adlı həmin qadın Qurbanqulu Berdıməhəmmədovun qanuni həyat yoldaşı deyil və onlar vətəndaş nikahına yaşayırlar. Məlumatlarda o da bildirilirdi ki, guya Qurbanqulu Berdıməhəmmədov onunla hələ gənclik illərində çalışdığı bir stomatoloji klinikada tanış olub. İxtisasca diş həkimi olan Berdıməhəmmədov vaxtilə stomatoloji klinikada çalışarkən Marina orada tibb bacısı işləyib. Prezidentin hətta Marinadan 15-16 yaşlı bir qızının olduğu da yayılan iddialar sırasında yer alıb.
Qurbanqulu Berdıməhəmmədov o dövlət başçılarındandır ki, xarici səfərlərdə onu xanımı müşayiət eləmir... Ümumiyyətlə, Türkmənistanda onu hətta gənclik illərində də arvadı ilə birgə "gördüm" deyənlər yoxdur...
Nəhayət uzun illərin gizli sirlərindən biri açıldı və Türkmənistanın birinci ledisinin necə bir xanım olduğunu bütün dünya gördü...
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
XƏBƏR LENTİ
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib





