Maraqlı

Həkimlər: “Omikron”un təhlükəsi çox şişirdilib”

29 Noyabr 2021 09:42
0 Şərh     Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Afrika Respublikasının Milli Yoluxucu Xəstəliklər İnstitutunun icraçı direktoru Adrian Puren bildirib ki, koronavirusun yeni "omikron" ştammı bəzi ekspertlərin iddia etdikləri qədər təhlükəli deyil.

"Yeni şatm xəstəliyin ağır formalarına səbəb olmur. Odur ki, "Omikron"un təhlükəsi çox şişirdilib", -deyə həkim qeyd edib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, İngiltərənin baş həkimi Kris Uitti də koronavirusun "delta" ştamını britaniyalılar üçün "omikron"dan daha böyük təhlükə hesab edib.

"Biz həmişə bilirdik ki, vaxtaşırı yeni variantlar ortaya çıxacaq. Lakin biz onunnbarəsində çox şeyi bilmirik və düşünürəm ki, hələ fərziyyələrə uymağa dəyməz", - deyə professor bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.