Sonsuzluq diaqnozu qoyulan qadın bir ildə üç uşaq dünyaya gətirdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sonsuzluq diaqnozu qoyulan ingiltərəli qadın bir ildə üç uşaq dünyaya gətirib. Əvvəlcə onun qızı doğulub, ardınca isə əkizləri dünyaya gəlib.
Bildirilir ki, həkimlərin hamiləlik şansının az olması ilə bağlı xəbərdarlığını eşidəndə Emmi Qeirns 25 yaşında olub. Həmin vaxtdan etibarən o, karyera qurmaq barədə düşünüb. Lakin indiki həyat yoldaşı ilə qarşılaşdıqdan sonra tibb işçilərinin sözlərinə baxmayaraq, uşaqla bağlı bütün şansını dəyərləndirmək qərarına gəlib.
Hazırda 34 yaşında olan qadın və 32 yaşlı həyat yoldaşı Ceymi bir il müalicə alsalar da, nəticəsiz olur.
"Bir il sonra biz fasilə vermək qərarına gəldik, içki və şənliklərlə yayı keçirdik. Bundan sonra hamilə olduğumu öyrəndim", - deyə qadın bildirib.
Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, nəticədə Emmi qız uşağı dünyaya gətirir, onun adını Harlo qoyurlar. Bundan sonra cütlük yeni uşaqlar üçün bir az vaxt lazım olacağını düşünüblər, ancaq belə deyilmiş: 9 ay sonra qadın hamilə qalır.
İkinci hamillik ağır keçib. Hətta bir ara həkimlər ananın hamiləliyinin yarımçıq qalacağı təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər.
"Pandemiyaya görə Ceymini mənimlə həkimə buraxmırdılar. Uşağımı itirdiyimi düşündüyüm vaxt mənə əkiz dünyaya gətirəcəyimi deyəndə isə şoka düşdüm. Mən avtomobildən ağlayaraq çıxdım, ərim isə təsəlli verərək uşaq üçün yenidən cəhd edə biləcəyimizi deyirdi. Mən ona əkizimizin dünyaya gələcəyini deyəndə isə o inanmadı və zarafat etdiyimi düşündü", - deyə qadın olanları xatırlayıb.
Noy və Artur dünyaya sağlam gəliblər.
İndi dostları qadının hekayəsini başqalarına danışır ki, onların da hamilə qala biləcəyinə ümid yaransın. Artıq üç övladı olan cütlük yenə uşaq istəyirlər.
"İki yaşından kiçik üç uşağınız olanda bu, dəlilikdir. Əladır, amma çox çətin işdir", - deyə Emma bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
XƏBƏR LENTİ
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı





