Maraqlı

“Halal” kolbasa axtarışında olanlara məsləhət

4 Dekabr 2021 23:50
0 Şərh     Baxış: 2 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ət məhsullarının halal olması üçün müqəddəs İslam şəriəti bir neçə şərt qoyub ki, onlardan biri də heyvanın kəsilmə qaydalarıdır.

Hər bir heyvan ətinin halal olması üçün onu:
- müsəlman kəsməli,
- üzü qibləyə kəsməli,
- kəsərkən "bismillah" deməlidir.
- Şah damar kəsilməlidir və kəsdiyi heyvanın diri olduğundan əmin olmalıdır.
Belə olan təqdirdə kəsilmiş heyvanın əti pak olur. Ət halal olduqdan sonra ondan hazırlanan yemək növləri halal olur, o cümlədən də kolbasalar.
Müsəlman dünyasında ümumiyyətlə haram ət məhsulu demək olar ki, yoxdur; nə Türkiyə, nə İran, nə də ərəb dünyasında. Hətta belə bir sual da yoxdur ki, bu halaldır, yoxsa haram? Çünki, insanlar qədim zamanlardan bilirlər ki, heyvan necə kəsilməlidir .

Lakin bizdə isə insanların düşüncəsi bu cürdür ki, heyvan ət kombinatında və əl zəhməti olmadan xüsusi maşınla kəsilir. Bu da keçmiş sovetlər dönəminin əks-təbliğatının nəticəsidir.

Şəriət qaydalarına nəzər salsaq, burada müsəlmandan alınan hər bir şeyin pak və halal hesab edildiyini görərik.
Amma müsəlmanın heyvanı qeyri-şəri qaydalarla kəsdiyini yəqin bildiyin təqdirdə, o heyvanın əti sənə halal ola bilməz.

Ya 2 nəfər adil şəxs təsdiq etməlidi, ya da...
- El arasında çox söhbətlər gəzir ki, bəs kolbasanın içinə donuz piyi vurmasan bu qədər çox vaxt qala bilməz...
- Mən bu işin mütəxəssisi olmadığım üçün bu barədə tam məlumatım və bu məslənin nə qədər doğru olub-olmadığına yəqinim yoxdur. Əlbəttə, bu qədər söz-söhbətlərdən sonra kolbasanın halal olmasına çox da etibar etmək olmur.
Çünki yəqin əldə etmək üçün ya 2 nəfər adil şəxs kəsilən heyvanın şəri qaydalar əsasında kəsildiyini və ətinin pak olmasını deməlidir, ya da insan özü gedib yaxından maraqlansın və yəqinə çatsın ki, ət məmulatı pak və halaldır.

İstehsalçılar o qədər saxtakarlıqlara yol veriblər ki, onların "Halal" sözlərinə inam qalmayıb
- Şəri məsələlərdən anlayışı olmayan namaz qılan şəxs kolbasa məhsulunun halal və ya haram olmasında şəkk edirsə və araşdırmağa da imkanı yoxdursa necə?
- Əslində bir müsəlmanın əlindən alınan hər hansı bir şey pak sayılır. İnsanları çaşdıran söz-söhbətlərdir. Bu da elə-belə deyil. İstehsalçılar tərəfindən müşahidə olunan yalanlar, saxta əməllər, at və ya eşşək ətinin inək əti adıyla satılması halları bu cür söz-söhbətlərin yaranmasına və insanların şəkkə düşmələrinə səbəb olur. Kolbasanın istehsalındakı bəzi saxtakarlıqlar şəri qanunların işləməsinin qarşısını alır.
Əslində belə olmamalıdır, müsəlmandan aldığın hər bir şey pak hesab edilməlidir. Lakin insanlar "Halal" adı altında haram mal satanlara baxıb, həqiqətən halal olan məmulatları da haram hesab edirlər

Qeyd edim ki, bu qanun ümumi qəbul edilə bilməz, bu məsələdə hər kim nəyə yəqin edirsə, ona əməl etməlidir.

Onların qazancının heç vaxt bərəkəti olmayacaq
- İnsanlara "Halal" ad altında haram kolbasa satanların şəri və əxlaqı zərərləri nədir?
- Bu cür insanları şeytan aldadır, nəfslərinə qul olurlar və öz şeytani istəklərinə boyun əyərək saxta yollarla tez varlanmaq istəyirlər. Bu cür insanlar haram yollarla uğur qazanmaq istəyirlər.
Əslində belə deyil.
Haram yollarla, insanları aldatmaqla, yalanlarla etdiyi alveri batil olur.
Onlar yəqin bilsinlər ki, bunların heç bir zaman bərəkəti ola bilməz. Çünki, hər hansı murdar bir şeyi müsəlmanlara satmaq böyük günahlardan biridir, müsəlmanı aldadaraq nəyisə ona sırıması da böyük günahlardandır. Bu işi görənlər bu yollarla əldə etdikləri qazancın sahibi olmurlar.
Nəticədə də Allah belə insanlardan öz bərəkətini götürür.Yəqini olsa ki, halaldır, yeyə bilər- "Halal" kolbasa axtarışında olanlara məsləhətiniz nədir?
- Son olaraq qeyd etmək istəyirəm ki, hər hansı bir şəxsə fərdi yollarla satılan kolbasaların halal olması məlum olarsa, o, bu yəqini əsasında bu məhsuldan istifadə edə bilər. Bu şəri qaydalara uyğundur. Lakin ümumilikdə bu gün bütün halal olduğu iddia edilən kolbasaların halal olduğunu qəbul etməyimiz də qorxuludur. Çünki, hətta biz gedib belə bir yerləri yoxlasaq və kolbasanın hazırlanmasına nəzarət etsək və bu zaman şəri qanunlara riayət edildiyini görsək belə, biz oradan ayrılandan sonra nə olacağını bilmərik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.