Maraqlı

Dünyanın ən böyük gizli xəzinəsi tapıldı – 2800 il əvvəl basdırılıb...

13 Noyabr 2021 19:16
0 Şərh     Baxış: 1 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyanın həvəskar xəzinə axtarışçısı indiyə qədər tapılan ən böyük xəzinələrdən birinə yetişib. Qızılların müsadirə edilib-edilmədiyi hələlik məlum deyil.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, metal detektordan istifadə edən şəxs indiyə qədər aşkar edilmiş ən böyük anqlo-sakson sikkə xəzinəsini üzə çıxarıb.

131 qızıl sikkə və digər 4 qızıl əşyadan ibarət olan xəzinə 6 ildə tam toplanıb.

2016-2020-ci illər arasında detektoru ilə xəzinənin böyük hissəsini üzə çıxaran həvəskar xəzinə ovçusu adının açıqlanmasını istəməyərək tapdıqlarını Britaniya Muzeyinə təhvil verib. Sikkələrin tərkibində 85-95 faiz qızıl olduğu bildirilib.

Eramızdan əvvəl 600-cü illərdə hələ bilinməyən səbəblərdən basdırılmış xəzinə İngiltərənin Qərbi Norfolk şəhərində tapılıb. Təhlükəsizlik baxımından tapıntıların dəqiq yeri açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.