Maraqlı

Düyü yeyərək 1 həftəyə 3 kiloqram atın

14 Noyabr 2021 15:15
0 Şərh     Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İllərdir düyü baxım məhsullarında istifadə olunan qidadır. Lakin çox vaxt düyü artıq çəkiyə səbəb olduğu üçün az istifadə edilir.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, düyü südündəki yağları yandırmağa imkam verən D vitamini və kalsium çəki atmanı asanlaşdırır.

Düyüdən hazırlanan lapa ilə 1 həftədə 3 kiloqram arıqlamaq mümkündür. Dadı iştahaçıcı olmasa da, sağlam və qalıcı arıqlamaq üçün sınaqdan keçirin.

Hazırlanma qaydası:

1 kiloqram düyünü yaxşıca təmizləyib yuyun. 20 dəqiqə suda bişirin. Dadında dəyişiklik etmək üçün istiot, nanə kimi ədviyyatlardan istifadə edə bilərsiniz.

Karbohidrat ağırlıqlı qida olduğunu nəzərə alaraq pəhriz proqramında bol tərəvəz və göyərtilərə yer ayırın.

Qəlyanaltı olaraq meyvə yeyə bilərsiniz.

Gündə 3 dəfə hazırladığınız düyünü yeyərkən gündəlik 2 litr su içməli və yarım saatlıq da olsa, idman etməlisiniz.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.