Maraqlı

İspaniya vulkanı bombalamağa hazırlaşır

29 Oktyabr 2021 11:46
0 Şərh     Baxış: 1 037
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyada Kumbre Vyexa vulkanın qarşısını almaq məqsədi ilə onun bombalanmasına qərar verilib.

Qeyd olunur ki, İspaniya hökuməti püskürməni dayandırmaq üçün hətta belə kəskin tədbirlərlərə əl atmaq məcburiyyətində qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yerli rəsmilər deyirlər ki, kraterə bomba atmaqla, lava düzgün istiqamətdə axmasına nail olmaq olar.

Lakin hərbçilər və ekoloqlar arasında qeyd olunan tədbirin nə qədər doğru olub-olmadığı ilə bağlı fikir ayrılığı var.

Xatırladaq ki, ötən gün İspaniyanın La Palma adasında yenidən güclü zəlzələ baş verib.

Son zamanlar bu ərazidə yüzlərlə yeraltı təkan qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.