Pecet xəstəliyi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Pecet xəstəliyi (və ya osteodistrofiya) sümük toxumasının bərpa mexanizminin pozulması ilə xarakterizə olunan və səbəbi tam aşkar edilməyən xəstəlikdir.
İnsan orqanizmində sümük toxuması hüceyrələri mütəmadi olaraq dağılır və yeniləri ilə əvəz olunur. Pecet xəstəliyi zamanı bu proses pozulur ki, nəticədə sümüklər kövrək olur, deformasiyalara uğrayır, əyilir və qırılmağa meyilli olur.
Pecet xəstəliyinə əsasən yaşı 40-dan yuxarı olan insanlarda rast gəlinir. Kişilərdə qadınlara nisbətən iki dəfə çox müşahidə olunur. Xəstəliyin inkişaf etmə səbəbləri məlum olmasa da, son illər aparılan elmi araşdırmalar nəticəsində xəstələrin osteoklastlarında (sümüyü yenidən quran hüceyrələr) virusabənzər cisimciklər aşkar edilib. Xəstələrin həmin virusa həyatın erkən mərhələsində yoluxduğu güman edilir və proses ləng tipli virus infeksiyası kimi inkişaf edir. Digər tədqiqatlar xəstəliyin genetik xarakterini (irsi xəstəlik) aşkara çıxarmışdır.
Xəstəlik orqanizmin istənilən sümüklərini zədələyə bilər. Xəstələrin üçdə birində yalnız bir, əksəriyyətində isə ən azı üç sümük zədələnir. Daha çox çanaq, onurğa, kəllə, yuxarı və aşağı ətrafların uzun borulu sümükləri prosesə cəlb olunur.
Xəstəliyin simptomları arasında:
- sümüklərdə arasıkəsilməyən və heç bir yükləmədən asılı olmayan ağrılar. Ağrılar küt və ya sızıldayan ola bilər.
- oynaqların hərəkətliliyinin pozulması,
- tez-tez baş verən sınıqlar (hətta ən kiçik travmalar nəticəsində),
- ayaqların X və ya O formasında əyilməsi,
- baş və üz formasının dəyişilməsi (baş böyüyür, üz kiçik qalır),
- zədələnmiş kəllə sümükləri sinirləri sıxır ki, bunun nəticəsində görmənin və eşitmənin pozulmaları, güclü baş ağrıları inkişaf edir.
Çox nadir hallarda olsa da bəzən Pecet xəstəliyi fonunda xərçəng xəstəliyi (ikincili osteosarkoma) inkişaf edə bilər.
Pecet xəstəliyinin laborator diaqnostikası qanda qələvi fosfataza miqdarının təyininə əsaslanır. Xəstələrdə onun miqdarı normadan çox yüksək olur. Həmçinin qanda və sidikdə kalsiumun səviyyəsi də normadan yuxarı olur. Bundan əlavə zədələnmiş sümüklərin rentgenoqrafik müayinəsi də aparılır.
Bu xəstəliyin müalicəsi ilə həkim-ortoped məşğul olur. Xəstəlik tam müalicə olunmur. Lakin müalicənin köməyi ilə xəstənin vəziyyətini yüngülləşdirmək, xəstəliyin inkişafını xeyli ləngitmək və ağır fəsadların inkişafının qarşısını almaq mümkündür.
Mənbə: Herba Flora jurnalı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
XƏBƏR LENTİ
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
amran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi





