Maraqlı

Güzəşt etmək - həqiqi möminin nişanələrindəndir

16 Oktyabr 2021 23:35
0 Şərh     Baxış: 336

"Səhifeyi-Səccadiyyə" kitabında oxuyuruq: "Allahım! O bəndə ki, mənim tərəfimdən ona ziyan dəymişdir, ya mənim tərəfimdən əziyyət olunmuşdur, ya mənə görə ona zülm olunmuşdur və həmin zülmün arxasından haqqını elə tapdalamışam ki, həmin haqqı geri qaytarmaq onun üçün mümkün deyildir. Ya mənim boynumda olan haqla ondan elə qaçmışam ki, məni tapıb haqqını almaq onun üçün mümkün deyildir. Bütün bu məsələlərlə yanaşı, Muhəmmədə (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və həmin haqq sahibini Öz qüdrətinlə məndən razı et. Haqqını kamil şəkildə Öz tərəfindən ödə. Məni o əzabdan ki, Sənin əmrinə görə ona layiqəm, ondan qoru və ədalətinin hökm etdiyi əzabdan mənə nicat ver. Mənim Sənin qəzəbinə dözmək taqətim yoxdur".

İslam dinində bir insanın ruhi əzəmətinin və təqva aliliyini nişanəsi odur ki, ona zlüm edən insan üçün əfv və güzəşt istəsin. Bu, dinimizdə ən böyük ibadətlərdən hesab edilir və qürbə yaxınlaşmağa yardım edir.

Həzrət Peyğəmbər (s) buyurur: "Güzəşt edənlərə eşq olsun! Çünki güzəşt - bəndənin izzətini artırar, ona görə də bir-birinizə güzəşt edin ki, Allah sizə izzət bağışlasın".

Əbu Həmzə Somali İmam Səccaddan (ə) nəql edir: "O zaman ki, Qiyamət günü gəlib çatar, Allah Təala keçmiş və gələcək insanların hamısını geniş bir torpaqda toplayar. Sonra əmr edər ki, nida edən fəryad çəksin: "Fəzilət əhli haradadır?". Bu zaman bir qrup başını qaldırar və mələklər onlara tərəf gedər və deyərlər: "Sizin nə fəzilətiniz var idi?". Onlar deyərlər: "Biz o kəslər ki, bizimlə rabitəsini kəsmişdilər, biz rabitə qurmuşuq. Hər kim bizi məhrum edirdi, biz onu məhrum etmirdik. Hər kim bizə zülm edirdi, biz onu əfv edirdik". Mələklər deyərlər: "Siz düz deyirsiniz, indi behiştə daxil olun"".

Ən gözəl güzəşt isə minnətsiz olan güzəştdir. Bəzi insanlar nigarandırlar ki, güzəşt etmək həmin şəxsin abrını apara bilər və ya həmin xəta törətmiş şəxsin tənbeh olmamasına səbəb olar. Lakin Allah buyurur: "Və Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq (və uca və ağılın təsdiq etdiyi bir məqsəd üçün) yaratmışıq və şübhəsiz, Qiyamət gələsidir (və kafirlərə cəza verəcəyik). Buna görə də, gözəl tərzdə (nə qədər ki, döyüş əmri almamısan) güzəşt et. Həqiqətən sənin Rəbbin həmin (bütün şeyləri) yaradan və (hər şeyi) biləndir". ("Hicr" 85-86).

Qiyamətin haqq olduğunu bilirik və hesab gələn zaman kafirin hiylə işlətməyinə görə nigaran olma və onları əfv et. Həmçinin İmam Rza (ə) buyurur: "Güzəştdəki məqsəd danlamadan olanıdır".

Bir kişini Məmunun yanına gətirirlər. Məmun onu öldürmək istəyir. İmam Rza (ə) məclisdə əyləşmişdi. Məmun deyir: "Əbəl-Həsən, nə buyurursunuz?". Əziz İmamımız (ə) buyurur: "Allah yaxşı əfvinə görə izzətini artırar". Məmun o şəxsi bağışladı.

Güzəşt - elə bir şeydir ki, bəzi insanlar onun yardımı ilə qəflətdən ayılır və İlahi yolun yolçusu olur. Onlardan biri də Hürrün İmam Hüseyn (ə) tərəfindən bağışlanması idi. Hürr bağışlanandan sonra İmamın (ə) qılıncı altında döyüşür və şəhid olur.

Bu əxlaq mədrəsəsində İlahi Övliyalar (ə) çox sayda insanı haqq yoluna hidayət etmişdilər. Allah Təala bizləri də hidayət olmuşlardan qərar versin.

/Deyerler.org/

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.