Maraqlı

Kontakt linzaları haqqında bilmədikləriniz faktlar

14 Oktyabr 2021 08:31
0 Şərh     Baxış: 1 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

- Kontakt linzalar görmənin korreksiyası üçün istifadə olunan ən rahat üsuldur.

Lakin linzaların daim taxılması müəyyən risklərlə bağlıdır. Bu səbəbdən bir çox oftalmoloqlar linzaların taxılmasını mümkün qədər məhdudlaşdırmaq tövsiyə edirlər. Məsələn, evdə olduqda eynəklərdən istifadə etmək daha məqsədəuyğundur.

- Kompüterdə daim işləyən insanlar eynəkdən istifadə etsələr, daha yaxşı olar.

- Bəzi linzaları təzə taxmağa başlayan insanlar qorxur ki, linza düşəcək və ya gözün arxasına keçəcək. Bu insanları sakitləşdirmək istərdik. Düzgün seçilmiş kontakt linza (bunu yalnız oftalmoloq etməlidir) gözdə yaxşı "oturur" və onun itmək ehtimalı çox azdır.

Gözün quruluşu elədir ki, linza onun arxasına keçə bilməz.

- Kontakt linzaları daim taxan insanda göz iltihabı ehtimalı linzaları taxmayan insanlarla müqayisədə artmış olur. Bu səbəbdən linzalara düzgün qulluq etmək və onları düzgün saxlamaq lazımdır.

- Taxılma zamanı kontakt linzaların üzərində yığılan zülali maddələr gözdə allergiyaya səbəb ola bilər. Bəli, linzaların təmizlənməsi üçün nəzərdə tutulmuş xüsusi məhlullar bu maddələri əridir, lakin tam yox. Bu səbəbdən linzaları vaxtında dəyişmək lazımdır. Birgünlük linzalardan istifadə etmək ən yaxşı variantdır. Bu linzalar yalnız 1 gün ərzində istifadə olunur və sonra atılır. Belə linzaların taxılması allergiyanın və iltihabın ehtimalını azaldır.

- "Ortokeratologiya" adında müalicə metodu mövcuddur. Bu zaman miopiyadan əziyyət çəkən insan gecə yatmazdan əvvəl xüsusi sərt linzaları taxır. Bu linzalar gecə ərzində gözün buynuz qişasını yastıladır. Səhər insan linzaları çıxardır. Buynuz qişa isə hələ müəyyən müddət ərzində (bir neçə saatdan bir günə kimi) formasını saxlayır ki, nəticədə insanın görməsi ideal normalara yaxınlaşır. Bu üsul miopiyanın göstəriciləri -6 dpt. kimi olduqda istifadə oluna bilər.

Ortokeratologiya miopiya korreksiyasının ən təhlükəsiz metodu sayılır.

- Ən ağır göz xəstəliyi olan qlaukomanın diaqnozu erkən mərhələlərdə çətinliklə qoyulur. Diaqnozun erkən qoyulması isə xəstəliyin effektli müalicəsi üçün çox vacibdir. Hal hazırda xüsusi linzalar işlənib hazırlanıb ki, bu linzalar qlaukomanın diaqnozunu ilkin mərhələlərdə qoymağa imkan verir.

- Kəskin soyuqdəymə xəstəlikləri zamanı linzalardan istifadə etmək tövsiyə edilmir. Məsələ burasındadır ki, bu xəstəliklər viruslar tərəfindən törədilir. Viruslar orqanizmin selikli qişalarında çoxalır. Gözlərimiz də selikli qişa ilə örtülür və bu səbəbdən viruslar gözlərin selikli qişalarında da çoxala bilər. Yumşaq kontakt linzalarına müxtəlif mikroorqanizmlər asanlıqla yapışır. Nəticədə soyuqdəymə xəstəlikləri zamanı linzalar taxan insanda viruslu konyuktivit və hətta keratit inkişaf edə bilər.

- Şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar da kontakt linzalarla çox diqqətli olmalıdır. Bu xəstəlik zamanı sinirlər zədələnir, bədənin bəzi hissələrində həssaslıq azalır, yerli immunitet zəifləyir. Bu isə linzaların taxılması ilə bağlı olan pozulmaların ehtimalını artırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.