Kuperoz - üz dərisində kapilyar toru: səbəblər və müalicə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kuperoz üz dərisində qırmızı kapilyarlar torunun olmasıdır. Kuperoz əksər hallarda dərisi nazık, ağ və həssas olan insanlarda müşahidə olunur.
Adətən kuperoz burun və yanaqlar, bəzən alın və çənə nahiyəsində olur. Kuperoz bədən dərisində də ola bilər.
Kuperoz bir çox hallarda heç bir ciddi xəstəliyin əlaməti olmur və yalnız kosmetik defekt yaradır. Bir çox hallarda kuperozun səbəbi irsiyyat olur. Belə insanların damarları zəif, kövrək olur və bu varikozun inkişafına səbəb ola bilər. Bu halda kuperoz uşaq vaxtında əmələ gəlməyə başlayır və ailənin bir çox üzvlərində müşahidə olunur.
Bəzən kuperozun səbəbi hormonal pozulmalar, mədə və qara ciyərin xroniki xəstəlikləri, immunitetin zəifləməsi, güclü xroniki streslər, açıq havada (küləkdə, şaxtada və s.) tez-tez olması, bəzi dəri xəstəlikləri və s. ola bilər.
Əgər sizdə kuperoza meyillik varsa bu kimi qaydalara əməl edin:
- Tərkibində spirt, turşu olan üz üçün qullaq vasitələri, tərkibində kobud dənəciklər olan skrablar istifadə etmək olmaz. Kuperozu olan insanlar üçün xüsusi qulluq vasitələri var. Xüsusi antikuperoz vasitələr dərinin kapilyarlarını möhkəmləndirir. Belə vasitələrin tərkibində yaşıl çayın ekstraktı, rutin, üzüm çəyirdəklərinin yağı, qinko biloba və s. təbii komponentlər olur.
- Dərinin əllə təmizlənməsi, pilinq, üzün lazerlə cilalanması, vakuum təmizlənmə, bal massajı, xüsusi şotka ilə massaj əks göstərişdir. Belə dəriyə ültrasəs təmizlənmə üsulu, yumşaq pilinqlər daha uyğundur.
- Dərinin buxara verilməsi, isindirici (termik) maskalar, isindirici kompreslər kuperoza meyilli olan insanlar üçün ziyanlıdır.
- Belə insanlar hamam və saunaya getməməli, inhalyasiya etməməli, isti su ilə üzünü yumamalıdır. Üzünü ilıq və ya sərin su ilə yumaq olar.
- Fiziki gərginliklər və ağır əşyaların qaldırılması da əks-göstərişdir.
- Günün altında uzun müddət ərzində olmaq, solyariyə getmək olmaz.
- Daim çox isti, acı, ədviyyatlı qidaların, spirtli içkilərin qəbulu kuperozun artmasına səbəb olacaq.
- Hərarətin tez-tez kəskin növbələşməsi (çöldə soyuq hava, evdə isti) də ziyanlıdır.
- Kuperozu olan insanlar dərini daim günəşdən, küləkdən qorumalı, dərini daim nəmləndirməlidir.
- C vitamini və rutin kuperozla mübarizədə kömək edir (bu maddələr askorutin preparatın tərkibinə daxildir).
Müasir kosmetologiyda kuperozla mübarizədə elektrokoaqulyasiya, lazerlə müalicə, ozonoterapiya, fototerapiya, mezoterapiya kimi üsullar istifadə olunur. Hər bir konkret halda müalicə üsulu həkim dermatokosmetoloq tərəfindən seçilir. Bu kuperozun yerləşməsindən, dərinliyindən və s. amillərdən asılıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Ayılanda ayaq barmağımdan başıma qədər göynəyirdi, halım DƏYİŞDİ”
-
Reanimasiyaya yerləşdirilən Haluk Leventdən xəbər var - FOTO
-
Xərçəngə qalib gəldi - Belə QEYD ETDİ - VİDEO
-
"Ərimdən çox qazanıram, amma ondan PUL ALIRAM"
-
Azərbaycanlılar "07" ilə Los-Anceles küçələrində: “Bakılı balasıyam” sədaları... - VİDEO
-
Tanınmış xanəndə ərə gedəcəyi bəydən DANIŞDI
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
"Ayılanda ayaq barmağımdan başıma qədər göynəyirdi, halım DƏYİŞDİ”
-
Sumqayıtdan Bakıya gedən sürücülərə XƏBƏRDARLIQ: Bu yol bağlandı
-
Reanimasiyaya yerləşdirilən Haluk Leventdən xəbər var - FOTO
-
Xərçəngə qalib gəldi - Belə QEYD ETDİ - VİDEO
-
“Klassikanın qovşağında doğan müasirlik” adlı mühazirə keçirilib - FOTO
-
Bakı-Tbilisi-Bakı qatar sərnişinlərinə ŞAD XƏBƏR: Bu xidmət pulsuz OLACAQ
-
"Ərimdən çox qazanıram, amma ondan PUL ALIRAM"
-
Azərbaycanlı avtoritet beynəlxalq axtarışa verildi
-
Ətin qiyməti 39 manata QALXDI
-
Azərbaycanlılar "07" ilə Los-Anceles küçələrində: “Bakılı balasıyam” sədaları... - VİDEO
-
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının bağlanış mərasimi keçirilir - CANLI
-
Tanınmış xanəndə ərə gedəcəyi bəydən DANIŞDI
-
İbrahim Tatlısəsin son halı gündəm oldu
-
Ulduz futbolçu 36 yaşında karyerasını BİTİRİR
-
Ceyhun Bayramov Qrinspanla görüşdü
-
Bakıdan Tiflisə qatarla gediş-gəlişin qiyməti DƏYİŞDİRİLİR? - RƏSMİ
-
“Qarabağ” onun üçün 500 min avro ödədi - FOTO
-
"28 yaşıma kimi anamı SEVMƏMİŞƏM"
-
“Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb
-
Luvr oğurluğu film olur
-
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
-
İngiltərənin heyəti AÇIQLANDI: Ulduz futbolçular DÇ-2026-dan kənarda qaldı
-
ABŞ 13 qırıcı qaldırdı: Sirli UNO həyəcanı





