Maraqlı

Sərnişin həyatını təhlükəyə atıb təyyarənin qanadanın üstünə çıxdı - VİDEO

1 Oktyabr 2021 12:56
0 Şərh     Baxış: 749
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Mayami şəhərində təyyarədə olan sərnişinlərdən biri həyatını təhlükəyə atıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, o, hava limanına yenicə eniş etmiş təyyarənin təcili çıxış üçün nəzərdə tutulmuş qapısını açaraq təyyarənin qanadının üstünə çıxıb.

Qeyd olunur ki, hadisə "American Airlines" şirkətinə məxsus təyyarədə baş verib.

Qısa müddət sonra 33 yaşlı sərnişin saxlanılıb.

O, verdiyi ilk açıqlamada bildirib ki, özünü pis hiss etdiyi üçün belə bir təhlükəli hərəkətə yol verib.  

Həkimlər dərhal ona baxış keçirib və sərnişinə yüksək qan təzyiqi diaqnozu qoyulub.  O, dərhal xəstəxanaya yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.