Əkizlərə sahib olmaq istəyənlər nə etməlidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kimsə üçün bir uşaq kifayət edir, kimsə ailədə bir anda iki uşağın doğulmasının xəyalını qurur.
Əkizlərə necə hamilə qalınması haqda suala cavab vermək üçün bu hadisənin mexanizmini anlamaq gərəkir. Eyni və müxtəlif yumurta əkizləri arasındakı fərq sadədir: bir-birinə bənzər eyni yumurta əkizləri iki damla su kimidir, onlar mayalanmadan sonra ikiyə bölünən bir döllənmiş yumurtadan dünyaya gələn uşaqlardır, müxtəlif yumurta əkizləri isə eyni anda iki yumurtanın mayalanması nəticəsində əmələ gəlir. Fərqli cinsdən ola bilir və heç də bənzəmirlər. Qeyd etmək lazımdır ki, təbiət əkizlərin doğulmasını bərabərləşdirən bir mexanizm qurmuşdur, çünki onlara eyni bətndə dözmək və böyümək çətindir. Lakin iki yumurtanın eyni vaxtda yetişməsinə kömək edən müxtəlif amillər vardır ki, bunun nəticəsində əkizlərin mayalanması baş verir. Əkizlərə hamilə qalmaya 100% zəmanət vermək mümkün olmadığı kimi, eyni yumurta əkizlərinin hamiləliyini planlaşdırma mövzusundan söhbət gedə bilməz. Mütəxəssislərin araşdırmasına görə, eyni zamanda iki yumurtanın yetişməsinə nail olmaq mümkündür.
Əkizlərin olma ehtimalına təsir edən faktorlar:
-irsiyyət - əkizlərə hamilə qalma ehtimalı ailəsində daha çox əkiz hamiləlik keçirmiş qadınlarda yüksəkdir, bunun səbəbi bir anda birdən çox yumurta istehsal etməyə məcbur edən genin işə düşməsidir;
-artıq çəki - əkizlərin daha çox piylənmiş qadınlarda rastlandığı nəzərə çarpılmışdı, mütəxəssislər səbəbini öyrənə bilməsələr də, izahata görə, uzun boylu və artıq çəkili qadınlar daha çox qida qəbul edirlər;
-yaşı 30-dan yuxar qadınlarda eyni anda bir neçə follikulun yetişməsi ehtimalı yüksəkdir;
- laktasiya dövrü əkiz hamiləliyin başlanğıcı üçün ehtimalı artırır;
-hər sonrakı hamiləlikdə əkzi olma şansı yüksəlir;
- ananın etnik mənsubiyyəti - zənci (qara dərili) qadınlarda Asiya qadınlarına nisbətən əkiz uşaq dünyaya gətirmə sayı artıqdır. Əkiz doğumların ən yüksək nisbətini Nigeriyalı qadınlar, ən aşağı nisbət Yapon qadınlarına məxsusdur.
Təbii olaraq əkiz dünyaya gətirmək şansını necə artırmaq olar?
Hər şeydən öncə həkimlərlə məsləhətləşməyə dəyər. Şanslısızsa,həkimin məsləhət verəcəyi dərman üsulları arasında follikul stimullaşdırıcı hormonlarla eyni anda iki yumurta yetiişdirmək mümkündür.
Digər üsul ekstrakorporal mayalandırmadır, qadın bətninə eyni anda iki və ya üç döllənmiş yumurta yerləşdirməklə əkiz sahibi olmaq haqqında da məlumatımız vardır. EKM əkiz hamiləlik şansını artırsa da, nəzərə alınmalıdır ki, əkiz hamiləlik həm qadın, həm inkişaf edən fetuslar üçün risklidir, bu səbəbdən EKM üsulunu seçən cütlüklər prosedurdan əvvəl mütləq şəkildə çoxsaylı embrionların yürləşdirilmə risklərini ətraflı öyrənməlidir.
Əkiz hamiləlikdə sağlamlıq risklərinə aşağıdakılar daxildir:
-erkən doğum;
-aşağı çəkili uşaq;
-ölü doğum;
-uşaqda serebral iflic və digər nevroloji problemlr;
- hamiləlik dövrü şəkərli diabet və hipertenziya ;
-hamiləlik dövrü yataq rejiminə ehtiyac və s.
Mövsüm və iqlimin təsiri
Əkizlərin çoxunun iyul ayında, ən azı isə qışın ilk ayında dünyaya gəldiyi müəyyən edilmişdir. Bunun səbəbi gün işığının uzunuğunun follikul stimullaşdırıcı hormonun işinə təsir etməsi ilə izah olunur. Buna görə mayalanmanı payız aylarına salmaq daha uyğun hesab edilir.
İqlim də dolayı yolla təsir edə bilir - uzun gündüz işığı, yüksək rütubət, günəş aktivliyi yumurtalıqları aktivləşdirir. Ən çox əkiz uşaq Nigeriyanın cənub-qərbində İqbo-Ora şəhərində dünyaya gəlir və buna görə "Əkizlər yurdu" adlandırılır.
Maraqlı araşdırmaya görə çoxlu süd və süd məhsulları ilə qidalanan qadınlar arasında əkiz hamilə qalma hallarına daha çox rast gəlmişdir. Diqqət yetirin ki, belə məlumatlar yalnız analiz xarakter daşıyır və araşdırmadan başqa heç bir elmi əsası yoxdur. Yəni sübut olunmamış iddialardır.
Yuxarıda sadalanan fəndlərdən hər hansı birinin nəticəsində əkiz dünyaya gəlməsinə zəmanət olmadığını anlamaq gərəkdir.
Əkizlərin dünyaya gəlməsində ən vacib faktor genetikadır, ancaq öhdəsindən gələ biləcəyiniz digər amillərin tərəzinin gözündə sizin xeyrinizə dəyişməsi isə bir şans kimi qəbul ediləcəkdir.
Hira Abbey
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
XƏBƏR LENTİ
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)





