Maraqlı

Türkiyəli ikili hər gün evdə bir qram qızıl əldə edir - FOTO

22 Sentyabr 2021 12:00
0 Şərh     Baxış: 1 288
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antalyada yaşayan özəl mühafizə şirkəti əməkdaşları Cəmil Şahin və Haluk Arlı dörd il öncə internetdə elektronika tullantılarından qızıl, gümüş, platin kimi qiymətli metalların əldə olunması ilə bağlı video izləyiblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o gündən bu günə dostlar məsələni ciddi şəkildə araşdıraraq, bu yolla əlavə qazanc əldə etməyə başlayıblar.

Bunun üçün mühafizəçilər müxtəlif kimyəvi proseslərdən və emal üsullarından istifadə edirlər.

"Hər kəs evində gündə bir qram qızıl əldə edə bilər. "Avropalı bunu edə bilirsə, biz niyə etməyək?", - dedik və bacardıq. Qızılı ərinti halında kartofun içinə töküb, soyuduqdan sonra çıxarırıq. Çünki qızıl kartofa yapışmır",- deyə Haluk bildirib.

Cəmil isə qızılı, əsasən kompüter və noutbukların yaddaş kartlarından əldə etdiklərini qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.