Əgər insanlar bilsəydilər ki...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Biz insanların əlində çox böyük nemətlər vardır ki, onlara ən kiçik diqqət belə etmirik. Ancaq əgər bir gün onlara malik olmasaq, dünyanı verməyə hazır oluruq ki, onu geri qaytaraq. Bu gözlərimiz kimi. Allah eləməsin, əgər bir gün yuxudan duranda dünyanı qaranlıq görsək, gözümüzün nuru əldən getsə, vücudumuzu dəhşət bürüyər. Tez bir zamanda çarə axtarar və həkimlərin sorağına gedərik. Yüzlərlə nəzir edər və Yeganə Allaha daima dua edərik. (Tebyan)
Bəli, bu görmək, eşitmək və nəfəs almaq bizim üçün o qədər adət halına düşmüşdür ki, bunların möcüzələrini unutmuşuq. Biz malik olduqlarımıza qarşı çox laqeyidik.
Bir gün nənəmlə bir ailə qonaqlığına getməli idim. Uzun yolda hər şeydən söhbət edirdik. Soruşdu: "Oğlum, mağazanın üstündə nə yazılıb?". Təəccüblə ona baxdım və dedim: "Mağazanın adı yazılıb, nə satdığını yazıb". Dedi: "Nə qədər maraqlıdır, belə olan halda məcbur deyilsən yaxınlaşasan, elə uzaqdan da görə bilərsən". Məndən istədi ki, mağazaların bir neçəsinin üzərində yazılanları oxuyum. Uşaq ləvazimatları dükanı, Qızıl cücə restoranı... Bu sözləri eşidən zaman gülməyi tuturdu. Dedi: "Ey kaş, mən də onları oxuya bilərdim. İstəyərdim ki, maşınların üzərində olanları və telezivorda yazılanları oxuya bilim".
Soruşdum: "Savadsız olmaq necədir?". Dedi: Kor olmaq kimidir".
Bəli, qədrini bilmədiyimiz nemətlərdən biri də savaddır. Bu gün korlar və lallar belə, savad öyrənə bilir. Lakin savadı olmayan insan doğrudan da kor kimidir.
Bəzən küçədə bir uşaq görən zaman belə düşünürük ki, bəlkə dərsdən qaçmışdır. Əgər belədirsə, yaxında nə qədər kor olduğunu hiss edəcəkdir.
Savad o qədər mühümdür ki, Allah Quranda buyurur: "And olsun qələmə (Lövhi-Məhfuzda yazan ilk qələmə, hesablayıcı mələklərin qələminə və pak insanların qələminə) və qələmlə yazılanlara". ("Qələm" 1).
İmam Əli (ə) buyurur: "Həqiqətən, elm - qəlb həyatının (mənbəyidir). Kor gözləri aydınlandıran və gücsüz bədənlərə qüdrət verəndir".
İmam Sadiq (ə) buyurur: "Əgər insanlar bilsəydilər ki, elmin nə qədər faydası vardır, hər an onu axtarardılar. Baxmayaraq ki, onun yolunda qan töksələr və dənizin dərinliklərinə düşsələr belə".
Həzrət Peyğəmbər (s) buyurur: "Beşikdən qəbrə qədər elm öyrənin". Yəni, müsəlman hər yaşda elm ardınca olmalıdır və heç bir bəhanə ilə elmdən əl çəkmək olmaz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
XƏBƏR LENTİ
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib





