Diqqət pozğunluğu əksər hallarda uşaqlarda görünən patoloji əlamətdir. Diqqət pozğunluğu olan uşaqlar adətən ətrafa qaynayıb-qarışa bilməyən, fikri özündə olmayan və "savadı var, amma ondan istifadə edə bilmir" biri kimi təqdim edilir. Ən pisi də belə uşaqların valideyinlərinin diqqət pozğunluğuna tibbi cəhətdən məhəl qoymamalıddır. Diqqət dağınıqlığı olan uşaqlar diqqətlərini bir yerə toplaya bilmir və bunu müxtəlif bəhanələrlə əsaslandırırlar.
Diqqət pozğunluqlarının əlamətləri nələrdir?
- İncəlikləri gözdən qaçırma.
Diqqət pozğunluğundan əziyyət çəkən uşaqlar gördükləri bir çox detalları yaddaşlarında saxlaya bilmirlər. Onlar gördükləri işdə olan qüsurları görmürlər. Belə uşaqlar ən sadə riyazi məsələləri həll edərkən belə çətinlik çəkirlər. Diqqət dağınıqlığı olan uşaqlar baxdıqları kinonun və ya oxuduqları kitabın bütün detallarını xatırlamırlar.
- Dərsələrə diqqət verə bilməmək.
Diqqət dağınıqlığı olan uşaqlar imtahanlara lazım olan qədər hazırlaşa bilmirlər. Onlar riyazı dərslərdə yaşıdlarından geri qalırlar. Belə uşaqlar gördükləri işi ləng həyata keçirirlər.
- Onunla danışdıqda diqqətlə qulaq asmırlar.
Diqqət pozğunluğu olan uşaqlar onunla söhbət edən adama diqqətlə qulaq asmır və gözünü ondan çəkməyə çalışırlar. Belə uşaqlar elə bil "xəyal aləmində" olurlar. Onlar ətrafda " fikri başqa yerdə olan adam" kimi tanınırlar. Bəzən belə uşaqları adı ilə çağırdıqda onlar gec cavab verir.
- Gördüyü işi tamamlamama.
Diqqət dağınıqlığından əziyyət çəkən uşaqlar ona tapşırılan işi axıra çatdıra bilmirlər və ya çətinlik çəkirlər. Onlar gördükləri işi qüsursuz yerinə yetirə bilmirlər.
- Dağınıqlıq.
Diqqət pozğunluğundan əziyyət çəkən uşaqların otaqları, çantaları və masalarının üstü daima dağınıq olur. Onlar adətən getdikləri yerə gecikir və tapşırıqlarını vaxtında yerinə yetirmirlər.
- Əşyaları itirmə.
Diqqət pozğunluğu olan uşaqlar qoyduqları əşyaların yerini xatırlamaqda çətinlik çəkirlər. Onlar hətta hər gün istifadə etdikləri geyimlərinin, kitablarının yerini yada salmaqda çətinlik çəkirlər.
- Yaddaşsızlıq.
Diqqət dağınıqlığı olan uşaqlar evdən məktəbə, məktəbdən evə gələrkən bir və ya bir neçə əşyasını orada unudur.
Belə uşaqların diqqəti tez dağılır. Yoldan gələn maşın, musiqi və ya uşaq səsi onların fikirlərini asanlıqla yayındıra bilir.
Diqqət pozğunluqlarına böyüklərdə də rast gəlmək mümkünddür. Bu əgər uşaqlıq yaşlarından qalma qüsur deyilsə, o zaman müəyyən xəstəliklərin əlaməti kimi meydana çıxır. Mütəxəssislər hər iki halda xəstələrin həkimə müraciət etmələrini tövsiyə edir.
Milli.Az
Maraqlı
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Diqqət dağınıqlığı
16 Sentyabr 2021 22:10
0 Şərh
Baxış: 2 241

DİGƏR XƏBƏRLƏR
-
Oktyabrın ən parlaq astronomik hadisələri
-
Avtomobili 800 min km necə sürmək olar? - 6 QAYDA
-
Oktyabrda bolluq və bərəkətə qovuşacaq 3 bürc
-
Verilişində sürpriz qonağı görən Afaq göz yaşlarını saxlaya bilmədi - VİDEO
-
3 bürc dönüş nöqtəsində - şans onların tərəfindədir
-
“Kızılcık şerbeti” birinciliyi itirdi
XƏBƏR LENTİ
-
Dünya nəhəngi Erlinq Holandı transfer etmək istəyir
-
İsrail ordusunu geri çəkməyə razılaşdı - Tramp bəyan etdi
-
Əməkdar artistdən sərt tənqid: "Soyunmaqla məşhurlaşmaq moda olub"
-
Recep Bülbülses vəfat etdi
-
"Futbol həyatımı məhv etdi" - Səmimi etiraf
-
III MDB Oyunlarının medal sıralaması: Azərbaycan yenidən ikinci yerdədir
-
Oktyabrın ən parlaq astronomik hadisələri
-
Əməkdar artistdən sağlamlıq və arıqlama sirri
-
Bakı-Şamaxı yolunda həmin o hadisənin ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
-
Qahirədə tarixdə ilk addım - Qəzza münaqişəsinin həlli üçün danışıqlar başladı
-
“AAAF park”da çoxmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi
-
Arda formasını bu futbolçuya hədiyyə etdi
-
Gəncəyə ikinci raket hücumundan beş il ötür
-
İlk dəfə şəxsi həyatı barədə danışdı - FOTO
-
Avtomobili 800 min km necə sürmək olar? - 6 QAYDA
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Oktyabrda bolluq və bərəkətə qovuşacaq 3 bürc
-
Xəzərdə zəlzələ oldu
-
Cim Kerriyə mükafat veriləcək
-
1 milyon dollar dəyərində xəzinə tapıldı
-
Verilişində sürpriz qonağı görən Afaq göz yaşlarını saxlaya bilmədi - VİDEO
-
3 bürc dönüş nöqtəsində - şans onların tərəfindədir
-
“Kızılcık şerbeti” birinciliyi itirdi
-
Kişilər arasında dəbə çevrilən ƏMƏLİYYAT: həyati riski var