Qırmızı çuğundur ikiillik bitki olub, kökündən istifadə edilən tərəvəzlər qurupuna daxildir. Qırmızı çuğundurun vətəni Aralıq dənizinin sahilləri hesab edilir. Bitkinin maraqlı olmasına səbəb insanların onun yarpaqlarından deyil kökündən istifadə eləməsidir. Bu tərəvəzdən ən çox qədim pomalılar istifadə etməyi xoşlamışlar. Onlar çuğundurun yarpaqlarını şəraba qataraq istifadə etmişlər. Tiber imperatorunun qərarına görə qədimdə almanlar romalılara qırmızı çuğundura görə pul ödəmişlər. Qədim zamanlarda Yunanıstanda da yemək hazırlayarkən çuğundurdan isstifadə edilmişdir. Çuğundur kökünün qida rasionuna daxil edilməsi ilk dəfə avropalılar tərəfindən bizim eranın əvvəllərinə təsadüf edir. Slavyanların dediklərinə görə qırmızı çuğundur Vizantiya imperiyası dövründən dünyaya yayılıb. Bu bitkidən XI-ci əsrdə Rusiyada da istifadə edilib. Çuğundur slavyan bostan bitkilərinin siyahısında ən başda gələnlərdən hesab edilir. İndi dünyanın bütün ölkələrinin mətbəxində çuğundurdan geniş istifadə edilir.
Bir ortaboy çuğundurda 45 kkalori var. O orqanizmdən xolesterini təmizləyir. Bu səbəbdən də çuğundurdan müxtəif dieta rasionlarında itifadə edilir. 100 qram çuğundurda olan qida dəyəri:
- Zülallar - 1,5 qr
- Yağlar - 0,1 qr
- Karbohidratlar - 8,8 qr
- Su - 86 qr
- Kalori - 45kKal.
Qədim zamanlarda çuğundurdan sinqa xəstəliyində və avitaminozlar zamanı istifadə edilib. Tərkibində olan askorbin turşusu və karotin onun orqanizm üçün çox faydalı olduğunu sübut edir. Bir çox tibb elminin adamları çuğundur suyu vasitəsilə mədə-bağırsaq sisteminin təmizlənməsini orqanizm üçün faydalı hesab edir. Çuğundur şirəsini içdikdən 1-2 saat sonra sidiyin və nəcisin rəngi dəyişir. Bu da çuğundurun detoksikasiyaya başlamasının göstəricisidir. Çuğundur qaraciyərdən, böyrəklərdən, qandan - bir sözlə bütün orqanizmdən toksinləri təmizləmək qabiliyyətinə malikdir. Çuğundur şirəsi orqanizmdən zəhərlənmə əlamətlərinin azalmasına səbəb olur. Azqanlılıq zamanı çuğundur şirəsinin orqanizmə faydası çox böyükdür. Müalicə məqsədilə çuğundur, yerkökü və turpun qarışımından hazırlanan şirədən istifadə edilir. Qarışımdan bir neçə ay əzində yeməkdən əvvəl 1-2 xörək qaşığı qəbul etmək lazımdır.Qanazlığının müalicəsi zamanı çuğundurun təzə sıxılmış şirəsindən istifadə edilməlidir. Tərkibində yodun miqdarının çox olduğuna görə çuğundur digər tərəvəzlərdən üstün sayılır. Ondan ateresklerozun müalicə və profilaktikasında geniş istifadə edilir. Bu xəstəlikdən əziyyət çəkən xəstələr tez-tez qida rasionuna qırmızı çuğundur əlavə etdikdə xəstəliyin əlamətləri azalır. Tərkibində maqniumun çox olması çuğundur şirəsinin arterial təzyiqi aşağı salınmasında olan rolunu fəallaşdırır. Xalq təbabətində çuğundur şirəsindən sakitləşdirici və təzyiqsalıcı kimi itifadə edilir. Sakitləşdirici vasitə kimi çuğundur şirəsinə bir miqdarda bal əlavə edilib içilir. Tərkibində olan təbii turşular və liflər sayəsində çuğundurdan qəbizliyi aradan qaldırmaq üçün istifadə edilir. Bu zaman hər səhər acqarına 100 qram bişmiş çuğundur yeyilir.
Dəridə olan yaraları və şişləri aradan qaldırmaq üçün çuğundur toxumlarından hazırlanmış sıyıqdan istifadə edilir. Bu sıyığı yaralara sürtdükdə xəstəliyin əlamətlərini azaldr.
Akademik Bolotov mədə, bağırsaq və qan damarlarının çuğundur vasitəsilə təmizlənməsinin orqanizm üçün çox faydalı olduğunu tövsiyə etmişdir. Bunun üçün hər gün yatmazdan əvvəl bir çuğunduru sürtkəcin xırda gözündən keçirib suyunu sıxıb içmək lazımdır. Bu zaman orqanizmdə olan toksinlər, ağır metal duzları, mədə-bağırsaqda yığılıb qalan kanserogen maddələri xaric olunur. Mədə bağırsaqların daha yaxşı təmizlənməsi üçün çuğundur şirəsinin üzərinə yulaf kəpəyi əlavə edilir və bişirilib yeyilir. Aybaşı pozğunluqları zamanı ayabaşı vaxtından bir həftə əvvəl gündə yarım stəkan çuğundur şirəsi içilir və sidik kisəsi nahiyəsi yüngül massaj edilir. Bu aybaşının normallaşmasına səbəb olur. Mütəxəsislər sağlam insanlara il ərzində 6 kq təzə halda, 16 kq isə bişirilmiş halda çuğundur yeməyi məsləhət bilir.
Payız aylarında qırmızı çuğundurun yarpaqları onun kökündən daha faydalı olur. Bu mövsümdə çuğundur yarpaqlarından salatlarda istifadə etməkdə çox fayda var. Onun yarpaqlarını sirkəyə qoyduqda daha da dadlı olur.
Çuğundurun zərərli xüsusiyyətləri
Böyrək daşı xəstəliyi olan adamlar çuğundur yeyən zaman diqqətli olmalıdırlar. Belə xəstələrə cuğundurdan istifadə eləmək olmaz. Belə ki, böyrəklərində daş olan xəstələr tez-tez çuğundur yedikdə daş əmələ gəlmə prosesi sürətlənir.
Çuğundur bağırsaq möhtəviyyatını yumşaldır. Buna görə də ishaldan əziyyət çəkənlərə çuğundurdan istifadə etmək məsləhət görülmür. Çuğundurun kökündə azot turşusu birləşmələri var ki, bu da orada zərərli bakteriyaların artıb çoxalmasına səbəb olur. Onun kökündən istifadə edən zaman yaxşı qaynatmaq və ya isti havada bir-neçə saat saxlamaq lazımdır.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qırmızı çuğundurun faydaları
4 Sentyabr 2021 07:31
0 Şərh
Baxış: 3 943

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı müğənni dənizdən VİDEOsunu yaydı
-
Bakı sakini telefon almaq istədi, dələduzluğun qurbanı oldu - VİDEO
-
Günün qoroskopu: Uzaqdan gələn xəbərlər sevindirə bilər
-
“Klon”un Hadesindən Azərbaycanla bağlı paylaşım - VİDEO
-
Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO
-
Xoşqədəmlə Doğuşun ailəsində yeni körpə sevinci - VİDEO
XƏBƏR LENTİ
-
Çiyələkdən kökəlmək mümkündürmü? – Gözlənilməz fakt!
-
Azərbaycanlı müğənni dənizdən VİDEOsunu yaydı
-
Bakı sakini telefon almaq istədi, dələduzluğun qurbanı oldu - VİDEO
-
“Qəbələ”nin yeni transferi
-
Günün qoroskopu: Uzaqdan gələn xəbərlər sevindirə bilər
-
“Klon”un Hadesindən Azərbaycanla bağlı paylaşım - VİDEO
-
Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO
-
Xoşqədəmlə Doğuşun ailəsində yeni körpə sevinci - VİDEO
-
Dövlət Simli Kvartetinin "Kamera musiqisi axşamı" adlı özünəməxsus konserti baş tutub - FOTO
-
Namiq Həsənov vəzifəsindən azad edildi
-
İlham Əliyevin "X" sosial şəbəkədəki səhifəsində İƏT-in Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Güləşçimiz Avropa çempionu oldu
-
Cəlilabadda yol qəzasında bir ailənin 3 üzvü yaralandı - Yenilənib - FOTO
-
Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapıldı - yenilənib
-
UEFA "Beşiktaş"ı böyük məbləğdə cərimələdi
-
“Fironun lənəti”ndən ümid doğdu: Xərçəngin kökünü kəsən maddə görün harada tapıldı
-
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar
-
İlham Əliyevin Xankəndində Ərdoğan və Şahbaz Şəriflə səmimi söhbəti - VİDEO - FOTO
-
Almaxanımın əkizləri doğuldu
-
Rəhman Rəhmanovun şikayətinə TƏBİB-dən reaksiya - yenilənib - VİDEO
-
Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə dinc əhalini, uşaqları atəşə tutması ilə bağlı zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər - FOTO
-
İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO
-
Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb
-
Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları strateji sahələrdə inkişaf etdirmək barədə razılığa gəldik