Toyuq dünyanın hər yerində yaşaya bilən quşdur. Onun ətindən demək olar ki, dünyanın bütün ölkələrində istifadə edilir. Toyuğun bir çox növləri var və onlar bir-birindən ölçülərinə və tüklərinin rənginə görə fərqlənirlər. O yabanı və qədim dövrlərdə yaşamış nəslindən fərqli olaraq həyətyanı sahələrdə yaşaya və insanlara uyğunlaşa bilir. Toyuqlar möhkəm ayaqları və dırnaqları ilə torpağı qaza və özlərinə yem tapa bilirlər. Onların ayaqları gün ərzində şax durmalarına səbəb olur və yorulmur. Toyuqların ayaqları onların silahı və qoruyucusudur. Toyuğun bir çox növləri var. Onların xarici görünüşləri, yumurtaları, hətta, ətləri belə növündən aılı olaraq fərqli ölçüdə olur. Ən yaxşı toyuq cinsi isə bol yumurta vermək qabiliyyətinə malik olan toyuqlar hesab edilir. Toyuqlar 4 aydan sonra yumurtlamağa başlayırlar. Təsərrüfatda çalışan adamların nöqteyi-nəzərindən toyuqlar 2 qrupa bölünürlər: ətlik və yumurtalıq. Ətlik toyuqlar qidalandıqca çəkilərinin artırırlar, yumurtalıq toyuqlar isə daha çox yumurtlayan toyuqlardır. Ətlik toyuqları döş və bud hissələri daha çox böyüməyə meyilli olur.
100 qram toyuq ətinin qida dəyəri:
- Zülallar - 14,7 qr
- Yağlar - 15, 7 qr
- Karbohidratlar - 13,9 qr
- Su - 52,7 qr
- Kalori - 190 kKal.
Toyuq ətinin tərkibində B6 vitamini, çoxlu zülallar və qlütamin var. Bu səbəbdən də o ürək-damar və sinir sistemi xəstələri üçün əla qida vasitəsi sayılır. Toyuğun tərkibində olan zülallar və qlütamin mərkəzi sinir sistemini və orqanizmi möhkəmləndirir. Toyuq ətində olan niasin sinir hüceyrələri üçün əsil dərman hesab edilir. Niasin ürək fəaliyyətini yaxşılaşdırır, qanda xolesterinin miqdarını nəzarət altına alır və mədə şirəsini artırır. Toyuq ətinin insan orqanizmi üçün faydalı olması qədim zamanlardan məlumdur. Şərq ölkələrində toyuq əti ən faydalı ətlərdən hesab edilir. Ona görə də əməliyyatlarda sonra, yaşlı və körpə uşaqlara toyuq əti yeməyi məsləhət görürlər. Toyuq əti qocalma səbəbli meydana çıxan xəstəliklərin əlamətlərinin azalmasına səbəb olur. Onun tərkibində olan lizosin orqanizmdə mikoorqanizmlərin həll olmasına və ölməsinə səbəb olur. Lizosin qurd yumurtalarını da məhv edir.
Toyuq yumurtası insan üçün ən vacib qidalardadır. Onun tərkibi saysız-hesabsız faydalı maddələrlə zəngindir. Yumurtanın tərkibində 12 növ vitamin və çoxli mikroelementlər var. Yumurta sarısında çoxlu proteinlər, vitaminlər, lipidlər və başqa maddələr var. Yumurta qabığının 90%-i kalsiumdan ibarətdir. Onun sarısında olan lisitin orqanizmdə yağ mübadiləsinin sürətlənməsinə səbəb olur. Yumurta sarısında əksər növ vitaminlər, o cümlədən D vitamini də var. Tərkibində olanlara görə yumurta təkcə balıq yağından geri qalır. Mütəxəsissilər D vitamini çatışmazlığı zamanı yumurta sarısı yeməyi məsləhət bilir. Bu səbəbdən də pediatrlar azyaşlı uşaqlara həftədə ən azı 3 dəfə yumurta sarısı yeməyi tövsiyə edirlər.
Toyuq ətinin zərərli xüsusiyyətləri
Toyuq ətinin tərkibində histaminlər var. Bu allergiyaya səbəb ola bilər. Son illərdə bir çox ölkələrin toyuqlarında salmanello mikrobu aşkar edilmişdir. Bu mikrob orqanizmə daxil olub xəstəliklər törədə bilir. Toyuq ətində olan bakteriyalar insan orqanizmində xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər. Bu səbəbdən də onu yaxşı qaynatmaq lazımdır. Femalarda toyuqların tez böyüməsi üçün onlara müxtəlif antibiotiklər, hormonlar və s. verirlər. Bu şərtlər altında böyüyən toyuqlar insan orqanizmi üçün zərərli sayılır.
Həddindən çox yağlı və qızardılmış toyuqda xolesterinin miqdarı çox olduğuna görə o xolesterinin artmasına və piylənməyə səbəb ola bilir.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Toyuq ətinin faydaları
26 Avqust 2021 21:05
0 Şərh
Baxış: 1 713

DİGƏR XƏBƏRLƏR
-
Bu məhsul marketlərdən yığışdırılır - Təhlükəli bakteriya aşkarlanıb
-
Sevda rəqsi ilə "yandırıb-yaxdı" - VİDEO
-
Azərbaycanlı müğənni dənizdən VİDEOsunu yaydı
-
Bakı sakini telefon almaq istədi, dələduzluğun qurbanı oldu - VİDEO
-
Günün qoroskopu: Uzaqdan gələn xəbərlər sevindirə bilər
-
“Klon”un Hadesindən Azərbaycanla bağlı paylaşım - VİDEO
XƏBƏR LENTİ
-
Amerikalı alimlər dəniz altında işləyən mikroskop hazırlayıb
-
Bu məhsul marketlərdən yığışdırılır - Təhlükəli bakteriya aşkarlanıb
-
Sevda rəqsi ilə "yandırıb-yaxdı" - VİDEO
-
Çiyələkdən kökəlmək mümkündürmü? – Gözlənilməz fakt!
-
Azərbaycanlı müğənni dənizdən VİDEOsunu yaydı
-
Bakı sakini telefon almaq istədi, dələduzluğun qurbanı oldu - VİDEO
-
“Qəbələ”nin yeni transferi
-
Günün qoroskopu: Uzaqdan gələn xəbərlər sevindirə bilər
-
“Klon”un Hadesindən Azərbaycanla bağlı paylaşım - VİDEO
-
Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO
-
Xoşqədəmlə Doğuşun ailəsində yeni körpə sevinci - VİDEO
-
Dövlət Simli Kvartetinin "Kamera musiqisi axşamı" adlı özünəməxsus konserti baş tutub - FOTO
-
Namiq Həsənov vəzifəsindən azad edildi
-
İlham Əliyevin "X" sosial şəbəkədəki səhifəsində İƏT-in Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Güləşçimiz Avropa çempionu oldu
-
Cəlilabadda yol qəzasında bir ailənin 3 üzvü yaralandı - Yenilənib - FOTO
-
Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapıldı - yenilənib
-
UEFA "Beşiktaş"ı böyük məbləğdə cərimələdi
-
“Fironun lənəti”ndən ümid doğdu: Xərçəngin kökünü kəsən maddə görün harada tapıldı
-
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar
-
İlham Əliyevin Xankəndində Ərdoğan və Şahbaz Şəriflə səmimi söhbəti - VİDEO - FOTO
-
Almaxanımın əkizləri doğuldu
-
Rəhman Rəhmanovun şikayətinə TƏBİB-dən reaksiya - yenilənib - VİDEO
-
Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə dinc əhalini, uşaqları atəşə tutması ilə bağlı zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər - FOTO