Maraqlı

"2025-ci ilə kimi pandemiya davam edəcək" - Akademik Porxanov

10 Avqust 2021 23:10
0 Şərh     Baxış: 1 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfsanəvi həkim, alim, akademik Vladimir Porxanov Kubanda onkoloji klinikanın rəhbəridir. O, özü də koronavirusa yoluxub və müalicə alıb.

Akademik koronavirusla nə vaxta kimi mübarizədə olacağıq sualına belə cavab verib:

"Çox... Ən azı 2025-ci ilə kimi. Bunu mən indi demirəm. Elə virus ilk yayılmağa başlayan aylarda bilirdim. Bunu viruslardan az-çox anlayışı olan istənilən elm adamı bilir."
Milli.Az medicina.az-a istinadən bildirir ki, alim koronavirusun vaksinlər effektiv işləyənə və ölkələrdə kollektiv immunitet formalaşana kimi bizimlə olacağını bildirib.

"Bu xəstəlik barədə dünyada heç bir alim, heç bir həkim dəqiq informasiyaya və çıxış yoluna malik deyil.

Mən özüm də qoruna bilmədimsə, deməli, virus çox asanlıqla yayılır. Mən nə evdə, nə də işdə yoluxdum. Maşınıma ailəsində xəstə olan biri əyləşdi və cəmi 15 dəqiqəlik yolda virus salondaca bizə keçdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.