Maraqlı

"Yersiz şayiələrin təsirinə düşməyin, Covid xəstəliyinə tutulmaq ayıb bir şey deyil" - Həkimdən ÇAĞIRIŞ

31 İyul 2021 21:15
0 Şərh     Baxış: 1 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yəqin maraqlananlar Operativ Qərargahın dünənki brifinqi haqqında yetərincə məlumatlldlrlar. Məni əhalinin bu brifinqə münasibəti daha çox maraqlandlrdlğından səhər feysbukda verilən bəzi statusları izlədim və bir qədər telekanallarımızdan birində verilən səhər verilişini dinlədim. Onu deyim ki, aldığım təəssürat o qədər də xoş olmadl: eyni düşüncə tərzi, eyni dedi-qodu və giley-güzardan başqa heç nə görmədim.

"İnternet dalğaları hava oksigeninindən virus sintez edir" kimi sərsəm ideyadan tutmuş, "virus yoxdur, insanların burnuna xüsusi qurğularla zəhərli maddə püskürdub, onları zəhərləyirlər", "bizə vaksin adı ilə çip yerləşdirirlər", "hökumət koronavirus haqqında söhbətləri maska satışından milyardlar qazanmaq məqsədilə uydurub" kimi absurd bəyanatlar baş alıb gedir.

Yenə "heç bir qorunmaya ehtiyac yoxdur" deyən həkimləri alqışlaylb, statuslarının altında onları nazir vəzifəsində görmək arzusu izhar edən şərhlər yazılır, "özünüzü qoruyun" deyənlər isə lənətlənir. Ancaq nədənsə, orta mövqe sərgiləyən həkimlərin fikirləri diqqətdən kənarda qalır, dar ixtisasa sahib olan, infeksion prosesdən və virusologiyadan xəbəri olmayan həkimlərin bəzən hətta ən absurd bəyanatları mətbuatda həvəslə yayımlandığı halda, müvafiq sahənin mütəxəssislərnin fikirləri diqqətdən kənarda qalır".

Milli.Az medicina.az-a istinadən bildirir ki, Azərbaycan Tibb jurnalının baş redaktorunun müavini Fuad İslamzadə bir çox insanların hələ də koronavirusa sanki ayıb bir xəstəlik kimi yanaşdığını, bu səbəbdən koronavirusdan ölənlərin həqiqi sayının beləı dəqiq məlum olmadığını açıqlayıb.

Həkim açıqlamasında insanları reallıqla barışmağa çağırıb.

"İnsanların bir hissəsi aşırı qorxuya düşüb yersiz əziyyət çəkir, bir hissəsi isə hətta kovid-19 xəstəliyinə tutulsa da, bunu gizlətməyə çalışır. İndiyə qədər dəfələrlə şahidi olmuşuq ki, məlum xəstəlikdən hətta xəstəxanada yatmış adam sağaldıqdan sonra dost-tanışlarına guya əslində başqa xəstəlikdən müalicə edildiyi haqda məlumat verib.

Bu gün səhər ARB telekanalında belə bir iddia səsləndirildi ki, guya tanınmış müğənni Səməd Səmədov əslində başqa xəstəlikdən vəfat edibmiş. Ən qəribəsi isə bu idi ki, aparıcı bu haqda məlumatı belə bir ifadə ilə verdi:-"Səməd Səmədovun vəfatı əvvəl koronavirusla əlaqələndirilsə də, indi onun TƏBİİ xəstəlikdən öldüyü bildirilir".

Yəni xəbər müəllifinin məntiqinə görə kovid-19 qeyri-təbii xəstəlik imiş, Yeni Klinika isə əhaliyə yalan məlumat veribmiş.

Belə münasibət tamamilə yolverilməzdir. İnsanlar dərk etməlidirlər ki, kovid-19 tənəffüs yolu ilə yoluxan adi bir infeksion xəstəlikdir, insandan insana kontaktsız da yoluxur və bu xəstəliyə yoluxmaqda insana üzqarası gətirə biləcək heç nə yoxdur. Yəni insanlar xəstələndiklərini gizlətmək əvəzinə xəstələnmə əlamətləri təzahür edən kimi müalicəyə başlamalıdırlar.

Bir faktı nəzərinizə çatdırmağı vacib hesab edirəm. 2020-ci ildə Azərbaycanda vəfat edənlərin sayı 76 min nəfərə yaxındır. Bu rəqəmdən ölkədə rəsmi məlumatlarda Covid19 xəstəliyindən ölənlərin sayı haqqında verilən rəqəmi və Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş rəhmətliklərimizin sayını çıxdıqda məlum olur ki, ötən il ölkədə dünyasını dəyişmiş vətəndaşlarımızın sayı əvvəlki illərin orta səviyyəsindən azi 15 min nəfər artıq olub. . Boyük ehtimalla bu qədər artıq ölümün səbəbləri arasında xəstəliyini gizlədilib vəfat edəndən sonra başqa, yanlış diaqnozlarla dəfn edilənlər və Covid19 xəstəliyi haqqında insanlarda yaradılan aşırı qorxu hissinin törətdiyi ürək-damar və sinir sistemi xəstəliklərindən baş verən olüm halları da vardır.

Bütün bunları yazmaqda məqsədim bundan ibarətdir ki, həmvətənlərimiz yersiz şayiələrin təsiri altına düşməsinlər. Kovid 19 xəstəliyinə tutulma ayıb bir şey deyil, vaxtında müalicəyə başladıqda xəstələrin ən azı 99 faizi heç bir qalıq əlamət olmadan sağala bilir, yoluxmadan qorunmaq üçün tövsiyə edilən tədbirlərə riayət etmək ilk növbədə ona görə vacibdir ki, xəstə sayının həddindən artıq artması xəstəxanaların aşırı yüklənməsinə, müalicə vasitələrinin və avadanlığının çatmamasına səbəb ola bilər. Bütün bunları nəzərə alıb, tövsiyə edirəm ki, profilaktika üsullarına həm özünüzün, həm də əzizlərinizin xatirinə əməl edəsiniz. Bu üsullar haqqında isə indiyə qədər kifayət qədər məlumat verilib.

Unutmayın ki, məlum virus bir bioloji varlıqdır, bütün bioloji varlıqlar kimi vaxtaşırı arta da bilər, azala da. Belə bir xəstəlik törədicisi olan virus yer üzündə yayıldığına görə insanlar yeni raşeallıqla barışmalı, ictimai proseslərdə yeni qaydalara uyğunlaşmaqla qorxmadan iştirak etmək şərtilə gözəgörünməz düşmənlə yanaşı yaşamağı öyrənməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.