Maraqlı

Bu ölkədə Qurban Bayramı üçün bəzi qadağalar tətbiq edildi

17 İyul 2021 15:24
0 Şərh     Baxış: 880
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın idarəsi altındakı Cammu Kəşmirdə Qurban Bayramında inək, buzov və dəvələrin qurban olaraq kəsilməsi qadağan edildi.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qərar Hindistan Heyvandarlıq Nazirliyinin təlimatı əsasında verilib.

Əhalisinin təxminən 97 faizi müsəlman olan Kəşmirdə xalq Qurban Bayramında qoyun və keçi, bölgəyə bağlı bəzi yerlərdə isə inək kimi böyükbaş heyvanlar qurban kəsərək ibadətlərini yerinə yetirirdilər.

İri buynuzlu malların kəsilməsinin bir çox əyalətdə qadağan olunduğu Hindistanda bu "günah"ı işləyənlərə qarşı pul və həbs cəzası var.

Hindistanda müsəlmanlara qarşı nifrətli sözlərin son illər artdığı müşahidə olunur. 2020-ci ilin 31 iyulunda qurban əti daşıyan bir müsəlman hindlilər tərəfindən iflic edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.