Maraqlı

Yay aylarında saçların zədələnməsi

5 Avqust 2021 08:31
0 Şərh     Baxış: 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay aylarında qızmar günəşin şüaları, quru və isti külək, dənizin duzlu suyu saçların strukturunu zədələyir. Belə təsirlərə məruz qalan saçlar cod, cansız və quru olurlar. Buna görə də saçlara yay aylarında xüsusi diqqət vermək lazımdır.
Əgər bir-neçə gün dənizdə və ya hovuzda çimmisinizsə saçlarınıza mütləq bərpaedici maskalar qoymaq lazımdır. Maska qoymağa vaxtınız olmasa, gicirtkən dəmləməsi ilə saçlarınızı yaxalaya bilərsiniz.
Düz düşən günəş şüalarının altında başıaçıq dayanmaq olmaz. Saçlar günəşin altında duran zaman parlaqlığını itirdiyinə görə mütləq başa örtük örtmək lazımdır. Günəş şüaları saçların quruluğunu artırır, bu səbəbdən də saçların ucu haçalanır. Quruluğun qarşısını almaq üçün saçların uclarına E vitamini sürtmək lazımdır. E vitamini həftədə 1 dəfə yumazdan əvvəl saçların uclarına vurulur, 20 dəqiqə qaldıqdan sonra isə saçlara çiy yumurta sarısı çəkilir və 15 dəqiqə saxlanlb yuyulur. Günəşdən qorunmaq və saçları qorumaq üçün kosmetik prosedurlardan istifadə etmək lazımdır.
Normal saçlar üçün aşağıdakı qarışımı 20 dəqiqə saçda saxlamaq lazımdır:
-1 ədəd yumurta sarısı
-1 xörək qaşığı zeytun yağı
-1 çay qaşığı albalı şirəsi.
Quru saçlar üçün aşağıdakı qarışımı saçda 20 dəqiqə saxlamaq lazımdır:
-2 xörək qaşığı sürtkəcdən keçirilmiş gavalı.
-0,5 çay qaşığı zeytun və ya bitki yağı.
-1 çay qaşığı limon şirəsi.
Yağlı saçlar üçün:
-yağsız kəsmik
-süd.
-limon şirəsi eyni ölçüdə götürülür, qarışdırılıb saçlara çəkilir və 20 dəqiqə sonra yuyulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.