Maraqlı

“TikTok”dan erotik videolarla bağlı yeni qərar

12 İyul 2021 10:04
1 Şərh     Baxış: 1 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"TikTok" videoservisi kontentin moderasiyası sisteində dəyişiklik etməyə hazırlaşır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çin şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bundan sonra sosial şəbəkədə kontentin moderasiyası üçün avtomatlaşdırılmış alqoritmlərdən istifadə ediləcək. Yenin sistem sayəsində zorakı və seksual səhnələrin yer aldığı videolar, həmçinin qanunsuz hərəkətlərin yol verildiyi, eləcə də qadağan edilmiş məhsulların reklamının əks olunduğu görüntülər avtomatik şəkildə silinəcək.

Silinən videonun müəllifinə müvafiq xəbərdarlıq göndəriləcək və o, qərardan apelyasiya şikayəti verə biləcək.

Avtomatik moderasiyanın yaxın günlərdə işə düşəcəyi bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.