ABŞ-da yaşayan türk bodibilder məşqçisi Deniz Saypınar açıq-saçıq geyimdə olduğu üçün Texas Hava limanından Mayamiyə uçan təyyarəyə buraxılmayıb.
Milli.Az haberler.com-a istinadən xəbər verir ki, vəziyyəti sosial media hesabında izah edən Saypınar göz yaşlarına hakim ola bilməyib. Bu yaxınlarda Türkiyədən ABŞ-a köçən bodibilder Deniz Saypınar İnstaqram hesabında 1 milyon izləyicisinə açıqlama verib: "Qadınlara ikinci və ya üçüncü dərəcəli baxıldığı üçün islam ölkəsindən köçdüm. Ancaq bu hal burada yenidən baş verir. Özümü incimiş kimi hiss edirəm. Şort geyindiyim üçün məni təyyarəyə buraxmadılar. Mən özümü göstərməyi sevirəm, nə geyinəcəyimi biləcək qədər mədəniyəm. Qadınlara, biseksuallara, trans və ya geylərə çox təzyiq var"deyib.
Kamran Seyidov
Milli.Az