Maraqlı

OnePlus şirkəti ilk planşeti üzərində çalışır

8 İyul 2021 22:01
0 Şərh     Baxış: 704
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

OnePlus şirkəti öz məhsullarını genişləndirməyə və planşetlər bazarına daxil olmağa hazırlaşır. Belə ki, Avropanın EUIPO adlı patent qurumunda OnePlus Pad adlı yeni məhsul qeydiyyatdan keçirilib. Bir qayda olaraq bu cür qurumda hansısa məhsulun qeydiyyatdan keçirilməsi həmin məhsulun yaxın zamanda satışa çıxması mənasını verir. Hələ bir neçə müddət bundan öncə OnePlus şirkəti OPPO ilə birləşdiyini elan emtişdi. Analitiklərin fikirlərinə əsasən OnePlus şirkəti öz ilk planşet modeli üzərində OPPO ilə birlikdə çalışır. Buna baxmayaraq adları sadalanmış şirkətlərdən heç biri hələ ki, planşetlər bazarına daxil olacaqları barəsində bir rəsmi məlumat verməyib. EUIPO-da qeydiyyatdan keçmiş məhsulun texniki özəlllikləri, təqdimat və satış tarixi barəsində bir məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.