Maraqlı

Smartfonu istidən qorumağın yolları

8 İyul 2021 21:01
0 Şərh     Baxış: 1 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay günəşi bir çox cihazlar üçün zərərli və təhlükəli ola bilər. Cihazlar isti havada qıza və sönə bilir, nəticədə uzun müddət birbaşa günəş şüalarına məruz qalan cihazlar onların zərər çəkməsinə səbəb olur. "Roskaçestvo"nun rəqəmsal məhsullarının sınaqdan keçirilməsi üzrə baş mütəxəssisi Sergey Kuzmenko cihazların qorunması barədə danışıb.

Mütəxəssis deyir: "Diqqət etmək lazımdır ki, nə enerji doldurma adapteri, nə də cihazının özü enerji doldurma zamanı uzun müddət birbaşa günəş şüalarına məruz qalmasın. Bu, plastikin tamamilə yumuşalmasına, nəticədə əriyərək naqillər arası izolyasiyanın itməsinə və bununla da qısa qapanmaya səbəb ola bilər".

Kuzmenkonun fikrincə, bu cihazın özünün və ya adapterin yenidən cərəyan xətdinə qoşulduqda yanğınla nəticələnməsinə səbəb ola bilər. Enerji doldurma zamanı onların istiləşmə həddi 50-60 dərəcəyə qədər qalxa bilər. Bu zaman kondensatın meydana gəlməsi ilə smartfona zərər dəyə bilər. Cihaz enerji doldurulma zamanı çox isinirsə, lakin hələ zərər görməyibsə, cihazı söndürmək və qaranlıq yerdə saxlamaq məsləhət görülür. Cihazı təcili olaraq əl altda olan vasitələrlə soyutmağa çalışmaq məsləhət görülmür, bu halda cihaz zərər görə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.