Maraqlı

Rusiyalı qadın otuz ildən sonra azərbaycanlı atasını tapdı - VİDEO

6 İyul 2021 18:30
3 Şərh     Baxış: 28 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yekaterina Məmmədova adlı rusiyalı qadın 30 ildən sonra azərbaycanlı atası Şakir Məmmədovu axtarıb tapıb.

Milli.Az xəbər verir ki, bu duyğusal dəqiqələr Rusiya telekanalının "Жди меня" sosial telelayihəsində yaşanıb. 

4 ay əvvəl atasını axtaran Yekaterina verilişə müraciət edib. Aylarla çəkən axtarışların nəticəsində nəhayət qadının atası proqramın heyəti tərəfindən Qazaxstanda tapılıb. 

Qızı ilə görüşmək üçün Rusiyaya gələn Şakir Məmmədov nəhayət 30 ildən sonra Yekaterina ilə studiyada görüşə bilib. Görüş zamanı Yekaterina ilə atası göz yaşlarını saxlaya bilməyiblər. Bu anlara şahidlik edən tamaşaçılar duyğu dolu anlar yaşayıblar.

Daha ətraflı videodan izləyə bilərsiniz:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.