Maraqlı

“Windows 11” sisteminin buraxılış tarixi məlum olub

6 İyul 2021 22:01
0 Şərh     Baxış: 628
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" korporasiyasının yeni əməliyyat sistemi oktyabrın 20-də buraxılacaq. Bu barədə "The Verge" nəşri məlumat yayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, jurnalistlərin fikrincə, korporasiya "Windows 11" əməliyyat sistemini oktyabrın sonunda quraşdırmağa başlayacaq. Buna rəsmi təqdimat materiallarında əməliyyat sistemi interfeysinin tapşırıqlar panelində istifadə edilən yuxarıda qeyd olunan tarix işarə edir. Müəlliflər qeyd edib ki, 10/20/21 tarixi dəfələrlə "Windows 11" ekran görüntülərində (screenshot) göstərilib.

Həmçinin media mənbələrində yeni nəsil əməliyyat sisteminin qlobal yeniləməsinin oktyabrda gözlənilməsi ilə bağlı məlumatlar yer alıb. Lakin blogerlər tərəfindən dəqiq tarix göstərilmir. "Microsoft" rəsmən əməliyyat sisteminin buraxılış tarixini açıqlamayaraq "ilin sonunda" ifadəsi ilə kifayətlənir.

Bununla yanaşı, yeni əməliyyat sistemi dərhal bütün istifadəçilərin sərəncamına verilməyəcək. "Microsoft" texniki dəstək nümayəndələrinin "Twitter" səhifəsində verilən məlumata görə, "Windows 11" sistemi 2021-ci ilin sonunda buraxılacaq və istifadəçilərin fərdi kompüterlərinə bir neçə ay ərzində quraşdırılacaq. Sistem yeniləməsinin quraşdırılması 2022-ci ilin ortalarınadək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.