Maraqlı

Avropa Komissiyası “Google” şirkəti ilə bağlı antiinhisar araşdırmasına başlayıb

29 İyun 2021 22:15
0 Şərh     Baxış: 519
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Komissiyası ABŞ-ın "Google" şirkəti ilə bağlı antiinhisar araşdırmasına başlayıb. Bu barədə komissiyanın saytında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, aparılan təhqiqatın məqsədi İT nəhəngi tərəfindən Avropa İttifaqında qəbul edilən rəqabət haqqında qanunların pozulub-pozulmamasının müəyyən edilməsidir. Məsələn, şirkət öz media reklam servislərini rəqib reklam xidməti tədarükçüləri zərərinə üstün tutmaqda şübhəli bilinir.

Avropa Komissiyasının icraçı vitse-prezidenti Marqret Vestaqer bildirib ki, "Google" hədəfli reklam məqsədilə istifadə üçün məlumatlar toplayır, reklam yerlərini satır, eləcə də onlayn reklamda vasitəçi qismində çıxış edir. Beləliklə, "Google" media internet reklamı üzrə təchizat zəncirinin bütün səviyyələrində iştirak edir. "Biz "Google" şirkətinin digər internet reklamı servislərinin rəqabət aparmaq imkanını çətinləşdirməsindən narahatıq", - Aİ təmsilçisi vurğulayıb.

Qeyd olunur ki, Avropa Komissiyası artıq "Google" şirkətini və Avropa İttifaqına üzv dövlətlərin antiinhisar orqanlarını antiinhisar araşdırmasının başlanılması ilə bağlı məlumatlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.