Maraqlı

Görmə qabiliyyətinə hansı içkilər zərər vura bilər

29 İyun 2021 07:01
0 Şərh     Baxış: 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Genetik olaraq göz təzyiqinə meyilli insanların çox miqdarda qəhvə istehlak etməsi, qlaukoma (sağalmayan korluğa yol açan xəstəlik) riskini üç dəfə artırır. Qəhvənin xüsusi hallarda görmə qabiliyyəti üçün təhlükəli olmasını İkan şəhərində Maunt Sinay Tibb Mərkəzinin nəzdnində olan Tibb Fakültəsinin alimləri tapıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 2006-2010-cu illər arasında toplanan 120 mindən çox iştirakçının qeydlərini təhlil edib. DNT nümunələrini təqdim edən könüllülərin yaşı 39 ilə 73 arasında olub. İştirakçılar gün ərzində neçə kofeinli içki içdiklərini, hansı kofein tərkibli məhsullardan və hansı porsiyada istehlak etdiklərini pəhriz anketlərində qeyd edib. Üç il sonra iştirakçıların gözdaxili təzyiqləri ölçülərək, gözləri müayinə edilib. Ümumiyyətlə, yüksək kofein qəbulu, yüksək göz təzyiqi və ya qlaukoma riskinin artması ilə əlaqəli deyildi. Bununla belə, qlaukoma ən yüksək genetik meylli könüllülərdə, qəhvə və kofeinli məhsullara olan meyyil yüksək göz təzyiqi və qlaukoma inkişaf riski ilə əlaqəli olması aşkar edilib. Yüksək genetik risk zamanı gündə üç fincan qəhvə istehlak edənlər, kofeini az miqdarda və ya heç istehlak etməyənlərlə müqayisədə qlaukoma riski 3.9 dəfə artıq idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.