Maraqlı

Bu ölkədə koronavirus peyvəndi əleyhdarları həbslə hədələndi

24 İyun 2021 15:52
0 Şərh     Baxış: 1 097
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus infeksiyasına qarşı peyvənddən yayınan Filippin vətəndaşlarının həbs oluna biləcəyi ehtimalı var.

Milli.Az lent.az-a istinadla bildirir ki, bu açıqlamanı dövlət başçısı Rodriqo Duterte ölkə əhalisinə ünvanlayıb. O, peyvənddən imtina edəni həbsxanaya göndərməklə hədələyib.

Duterte'nin belə reaksiyasına COVID-19-un kütləvi yayılması səbəb ola bilər.

Məlumata görə, epidemiyaya yoluxma Asiyada ən pis həddə çatıb. 

Dövlət başçısı açıqlamasında qeyd edib: "Seçim sizindir: ya peyvəndlənəcəksiniz, ya da mən sizi həbsxanaya göndərəcəyəm".  

Bununla belə, ölkənin səhiyyə sistemi əhalini peyvəndlənməyə çağırsa da, eyni zamanda bu prosedurun könnülü olduğunu da xatırladır. 

Ancaq ölkə əhalisinin öz təhlükəsizliyinə qarşı belə münasibət dövlət başçısını qıcıqlandırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.