Maraqlı

Google şirkəti iOS-dəki 'Find My' funksiyasının analoqunu hazırlayır

27 İyun 2021 21:01
Baxış: 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple şirkəti özünün "Find My" funksiyası vasitəsilə istifadəçilərə itirilmiş və ya oğurlanmış cihazların tapılmasında yardımçı olur. Bu funksiya ilk dəfə iOS 13-də istifadəyə verilmişdi. Yenicə təqdim edilmiş iOS 15-də isə "Find My" funksiyası daha da təkmilləşdirilib. Belə ki, indi hətta iPhone sönülü olsa da onu "Find My" funksiyası vasitəsilə tapmaq mümkündür. Ortaya çıxmış məlumata əsasən Google şirkəti "Find My" analoqu üzərində çalışır və o, "Find My Device Network" adını əldə edə bilər.

Android-də bu cür funksiyanın istifadəyə verilmə ehtimalı barəsində məlumatı XDA-Developers saytının mütəxəssisləri veriblər. Sözügedən funksiyanın təsvirində qeyd edilib ki, onun sayəsində fərdi smartfonun və digər istifadəçilərin cihazlarının yerləşdikləri yerləri təyin etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, Android istifadəçiləri artıq bu cür tətbiqə sahibdirlər.

Söhbət, Find My Device adlı tətbiqdən gedir. Onu Google Play Store-dan yükləmək olar. Lakin sözügedən tətbiq Google istifadəçi hesabına daxil olmuş cihazların yerləşdikləri yerləri təyin edə bilir. Buna görə də Android-ə inteqrasiya ediləcək yeni funksiya potensial olaraq fərdi smartfonu və digər istifadəçilərin cihazlarını axtarmaqda yardımçı ola bilər. Bu yeni funksiyanın Android 12-də və ya gələcək Android versiyalarında istifadəyə veriləcəyi bilinmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.