Maraqlı

Peyvəndlər uşaq sahibi olma qabiliyyətinə mənfi təsir edə bilərmi?

15 İyun 2021 17:36
Baxış: 1 163
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus peyvəndi də daxil olmaqla hər hansı bir peyvəndin qadınlarda və ya kişilərdə fertilliyə  təsir edə biləcəyinə dair bir dəlil yoxdur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti) saytında məlumat verilib.

Qurumdan bildirilib ki, koronavirusa qarşı Rusiya peyvəndlərinin nəsillərə təsirini qiymətləndirmək üçün ilk növbədə laboratoriya heyvanları üzərində lazımi testlərdən keçilib və heç bir mənfi nəticə aşkar edilməyib.

"Hazırda uşaq sahibi olmaq istəyirsinizsə, COVID-19-a qarşı peyvənd olunduqdan sonra hamilə qalmaqdan çəkinmək lazım deyil", - deyə "Rospotrebnadzor"dan əlavə edilib.

Qurumdan o da vurğulanıb ki, bu vəziyyətdə mövcud olan preparatla vaksinasiyadan keçmək ən məqbuludur, ancaq xroniki xəstəliklər halında peyvənd seçimi ilə əlaqədar həkimlə məsləhətləşməyə dəyər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.