Anlalyada polisin "dur" əmrinə tabe olmayan içkili iranlı sürücü sonradan qəza törədib.
Milli.Az haberturk-ə istinadən xəbər verir ki, sürücünün yol verdiyi qəzada 3 nəfər yaralanıb. "Türk qanunlarına hər zaman hörmət duyuram. İçkiliydim. Hər zaman içkili yola çıxıram. Polisi görüb qorxdum. Ona görə də qəza keçirdim" deməklə hər kəsi şoka salıb. Davud A. adlı şəxsin qanından müayinə zamanı 2,09 promil alkoqol aşkarlanıb.
Kamran Seyidov
Milli.Az