Maraqlı

Yeni nəsil antibiotiklərin hazırlanmasında hilin rolu

12 İyun 2021 20:55
Baxış: 731
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mikrobların antibiotiklərə davamlılığının əsas səbəblərindən birini asanlıqla aradan qaldıran təbii maddə Don Dövlət Texniki Universitetinin (DDTU) alimləri tərəfindən araşdırılıb. Müəlliflərin fikrincə, yaşıl hilin bioaktiv birləşmələri, bioqatların meydana gəlməsinə maneə törədməklə, yeni antimikrob dərmanların yaradılmasında faydalı olacaq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, DDTU-nın mütəxəssisləri tərəfindən aparılan yeni araşdırma, yaşıl hilin efir yağlarının bioqatlara qarşı mükəmməl vasitə olduğunu göstərib. Alimlər bağırsaq çöpü, salmonella və başqaları da daxil olmaqla bir sıra bakteriya patogenlərinə qarşı mübarizədə bu bitkiyə əsaslanan bioaktiv birləşmələrin yüksək potensialını müəyyənləşdirib. Yaşıl hilin efir yağı, bir çox dərmana davamlı mikroorqanizmlərlə mübarizə aparmağa kömək edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.