Maraqlı

Yay mövsümündə necə qidalanmalıyıq?

12 İyun 2021 16:15
Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay mövsümündə temperatur daha yuxarı olduğu üçün daha tez həzm olunan, yüngül qidalara üstünlük verilməlidir. Qida rasionunda yağlı və qızarmış qidalar əvəzinə soyutma və yaxud buxarda bişmiş tərəvəzli yeməklər yeyilməlidir. Balıq, toyuq və ya qırmızı ət həftədə 2 dəfə yeyilməlidir.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, mütləq şəkildə gün ərzində mövsümə uyğun 3 meyvə, 4 tərəvəz miqdarlara bölünərək yeyilməlidir:

"Bu mövsümdə ən əsas qabaq, adi və gül kələmi, kök kimi tərəvəzlərdən salatlar hazırlana bilər. Salatlara çia, kətan və qaraçörəkotu toxumları əlavə etmək də faydalıdır. Mövsümi meyvə və tərəvəzlərin liflə zəngin olması bağırsaqların keçiriciliyinə faydalı təsir edir. Onlar eyni zamanda orqanizmi vitamin və minerallarla təmin edir. Bu qidalardan qəbul edilən şəkərlər insanların şirniyyat istəyini də qarşılayır.

Bəzən olur ki, insanlar yay mövsümündə baş ağrıları və miqrendən daha çox əziyyət çəkirlər, bunun da səbəbi yüksək temperatur və çox tərləmə nəticəsində bədənin maye itirməsidir. Orqazimin maye tələbatı düzgün təmin edilməlidir. Bəzən deyilir ki, insanlar gündə 3-4 litr su içməlidir, ancaq bu belə deyil. Hər orqanizmin maye tələbatı fərqlidir və mayenin istifadəsi insanda hər çəkiyə görə 0.30 ml olaraq hesablanmalıdır. Əgər insan fiziki ağır işdə çalışırsa, idman edirsə və tərləməyə məruz qalırsa, bu maye miqdarı artırıla bilər. Bu mayelər təmiz və qaynamamış su, ayran, kefir və meyvələrin tərkibində qəbul etdiyimiz şirələr olmalıdır. Çay, kofe və qazlı içkilərdən uzaq durmaq lazımdır, çünki bunlar bədənin maye tələbatını ödəmir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.