Honqkonqda keçirilən hərracda 15,81 karatlıq çəhrayı rəngli "Sakura" brilyantı 29 milyon dollara (49,3 milyon manat) satılıb.
Milli.Az ted.az-a istinadən bildirir ki, bu rəqəm belə çalarda olan qiymətli daş üçün rekord qiymətdir.
"Sakura"nın öz növündə çəhrayı rəngə malik olan ən böyük brilyant olduğu vurğulanıb.
Qeyd edilir ki, bu cür almazlar təbiətdə olduqca nadirdir. Onların da cəmi 10 faizi 0,2 karatdan çox olur.
Milli.Az