Maraqlı

“Avroviziya” qalibinin narkotik testinin nəticəsi açıqlandı

25 May 2021 07:15
Baxış: 4 590
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Avroviziya" mahnı müsabiqəsinin builki qalibi "Maneskin" qrupunun solisti David Damianonun narkotik testinin nəticəsi açıqlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi məlumat yayıb.

"22 mayda - "Avroviziya" mahnı yarışmasının finalında yaşıl otaqda Damianonun narkotik istifadəsinə dair şübhələrə əsasən, Avropa Yayım Birliyi, İtalya nümayəndə heyətinin istəyi ilə videoda görünən hər kəslə bağlı hərtərəfli bir yoxlama həyata keçirdi. Bu gün qrupun solisti də könüllü olaraq narkotik testindən keçdi və nəticə mənfi oldu. Yaşıl otaqda narkotikdən istifadə halı baş verməyib. Bu məsələni qapalı hesab edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.