Maraqlı

Yay mövsümündə uşaqlar üçün ölümcül təhlükəli meyvələrin adları açıqlanıb

20 May 2021 19:54
Baxış: 856
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yay mövsümündə uşaqlar üçün təhlükəli olan meyvələrin adları açıqlanıb. Bunlar şaftalı və ərik, daha doğrusu onların tumlarıdır.

Bu barədə rusiyalı tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib.

Onun sözlərinə görə, tumların içindəki ləpələrdə zəhərli sianid turşusu var.

"Uşaqlıqda özümüz də daşla bu tumları qırır, ləpələrini yeyirdik. Ancaq sianid turşusu hətta ölümlə nəticələnə biləcək zəhərlənmə yaradır. Hər il yayda məhz sionid turşusundan zəhərlənmə ilə əlaqədar bu ləpələri yeyən uşaqların ölümləri qeydə alınır", - deyə həkim vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.