Maraqlı

Çin Kosmik Agentliyinin aparatı Mars səthinə uğurla eniş edib

18 May 2021 23:30
Baxış: 1 058
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mars planetinin orbitində bir neçə ay qaldıqdan sonra Çinin Tianwen-1 adlı kosmik gəmisi uğurlu şəkildə planetin səthinə eniş edə bilib. Təəssüflər olsun ki, Çinin Kosmik Agentliyi eniş prosesini əks etdirən foto və ya videonu hələ təqdim etməyib. Kosmik aparat 1976-cı ildə NASA-nın Viking-2 eniş modulunun endiyi əraziyə yaxın məsafədə eniş edib. Məlum olan odur ki, enişdən sonra Tianwen-1 eniş modulu açılacaq və Zhurong adlı 6 təkərli aparat işə düşəcək. Zhurong adlı sözügedən aparat günəş panelləri, kameralar, çoxlu sayda ötürücü və sensor ilə təchiz olunub. Bütün bunlar ona Marsın iqlimi ilə geoloji özəlliklərini incələməkdə yardımçı olacaqlar. Beləliklə Çinin Kosmik Agentliyi (CNSA) NASA-dan sonra Mars səthinə uğurla aparat enişini reallaşdırmış ikinci kosmik agentlik oldu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.