Maraqlı

Ancelina Coli Bred Pittdən ayrıldıqdan sonrakı həyatından danışdı - FOTO

14 May 2021 10:39
Baxış: 1 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı ildə Bred Pittdən ayrıldıqdan sonra Ancelina Coli heç kimlə sevgili olmayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "E! News"un məlumatına görə, bu barədə Hollivud ulduzunun özü etiraf edib.

Qeyd edək ki, beş il ərzində paparazi Colini bir dəfə də olsun heç kimlə görməyib. 45 yaşlı ulduz da bu müddət ərzində romantik əlaqələrinin olmadığını təsdiqləyib. O, bunu əks cinsə qarşı həddindən artıq tələbkarlığı ilə əlaqələndirib.

"Mənim müxtəlif "yox"larla uzun bir siyahım var. Yəqin ki, buna görə uzun müddətdir ki, təkəm", - deyə aktrisa bildirib.

Coli əlavə edib ki, hazırda vaxtının çoxunu altı uşağına həsr edir

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.