Maraqlı

Ingenuity üçüncü uçuş missiyasını uğurla bitirdi -VIDEO

29 Aprel 2021 22:50
Baxış: 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NASA agentliyi Ingenuity dron aparatının Mars atmosferində üçüncü uğurlu uçuş missiyasının reallaşdırıldığını elan edib. Bu dəfə dron öz kamerası vasitəsilə Mars səthinin rəngli fotolarını çəkərək onları Yer kürəsinə göndərib. Bundan əlavə olaraq o, əvvəlki uçuş missiyasından fərqli olaraq bu dəfə Mars atmosferində daha çox məsafə qətt edib. Beləliklə üçüncü uçuş missiyası çərçivəsində dronun maksimal sürəti saniyədə 2 metr təşkil edib. Bununla belə o, uçuş zamanı 50 metr məsafə qətt edə bilib. Bu isə Yer kürəsində keçirilmiş ilk test uçuşlarında əldə olunmuş göstəricidən daha çoxdur.

Üçüncü uçuş missiyası zamanı dron 5 metr hündürlüyə qalxıb və 80 saniyə ərzində uçuşu reallaşdırıb. Qeyd etmək lazımdır ki, Ingenuity dronu 18 fevral tarixində Marsa eniş etmiş Perseverance aparatının reallaşdırdığı missiyanın bir hissəsidir. Alimlər indiyənə kimi uçuş aparatlarınn Mars səthində uça biləcəklərinə şübhə ilə yanaşırdılar. Belə ki, Marsın atmosfer sıxlığı 1%-dən aşağıdır. Buna görə də bu məsələdə dəqiq məlumatlar əldə etmək üçün NASA agentliyi Marsa Perseverance aparatı ilə birlikdə Ingenuity dronunu da göndərmişdi. Dronun dördüncü uçuş missiyası yaxın günlərdə baş tutmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.