Niyə Allah orucu 30 gün vacib etmişdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Allah Təala orucu vacib edərək, insanların təqvasını imtahana çəkmək istəmişdir. Həzrət Zəhra (s.ə) "Fədəkiyyə" xütbəsində buyurmuşdur: "Orucun vacib olmaq səbəbi - insanların ixlas meydanında imtahana çəkilməsidir".
Oruc - elə ibadətdir ki, ancaq Allahla bəndə ondan xəbərdar olar. Onu tutmaq və tutmamaq yolu ilə insanların təqvası imtahana çəkilər. Ola bilsin ki, insan oruc olsun, ancaq başqalarının bundan xəbəri olmasın.
Muhəmməd ibn Həmzə, İmam Həsən Əsgəriyə (ə) orucun vacib olması ilə bağlı sual verir və Həzrət (ə) də cavabında buyurur:"Allah orucu vacib etmişdir ki, zənginlər aclığı hiss etsinlər və yoxsullara ehsan etsinlər".
Allahın vacib buyurduğu bu əməl qarşısında səbir etmək, insanda qürur və təkəbbürün aradan getməsinə səbəb olar. Həmçinin şəhvəti sındırar, nəfsin islahına səbəb olar. İnsanı Allaha yaxınlaşdırar.
Bəs nə üçün Allah orucu məhz 30 gün vacib etmişdir. Nə ondan az vaxtda və nə də çox vaxtda?
Həzrət Peyğəmbər (s) bu sualın cavabında buyurmuşdur: "O zaman ki, Adəm (ə) qadağan olunmuş ağacın meyvəsindən yeyir, həmin meyvənin təsiri bədənində 30 gün qalır. Ona görə də Allah onun övladlarına 30 günlük aclıq və susuzluq çəkməyi vacib etmişdir".
Sonra Həzrət (s) bu ayəni tilavət edir: "Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz". ("Bəqərə" 183).
İmam Rza (ə) buyurur: "Əgər kimsə soruşsa ki, niyə oruc bir aydır, nə çox və nə də az müddətdə? Ona deyərəm: Çünki insan növlərinin qüvvət və qüdrəti ki, zəiflər və güclülər onda müştərəkdirlər - elə bu miqdardadır.
Allah vacibatı insanların qüdrət və təbiətinə əsasən vacib buyurmuşdur. Ondan sonra icazə vermişdir ki, zəif gücü çatdığı qədər onu yerinə yetirsin. O kəsin ki, daha çox qüdrəti və gücü vardır, təşviq etmişdir ki, savabını (müstəhəb əməllərlə) artırsın.
Əgər bəndələrin faydasını bundan az müddətdə görsəydi, ondan azaldardı. Əgər bundan artığına ehtiyac olsaydı, ona əlavə edərdi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
XƏBƏR LENTİ
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib





