Orucun fəlsəfəsi – təqva
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Orucluq barədə danışılan moizələrdə və yazılan kitablarda Qurani-kərimin yuxarıdakı ayəsinə tez-tez istinad edilir. Bu ayə Ramazan orucunun bütün müsəlmanlara vacib olduğunu bəyan edən ən mühüm dini dəlillərdən biridir. Təsadüfi deyil ki, oxuduğunuz məqalədə biz də məhz bu ayənin bəzi özəllikləri üzərində durmağı qərara aldıq.
Ayənin təfsiri barədə deyiləsi məqamlar həddən artıq genişdir. Qısaca bunu deyə bilərik ki, ayənin oxunuşu zamanı bu dörd əsas məqam diqqətimizi cəlb edir:
Birincisi, ayə "ey iman gətirənlər!" xitabı ilə başlayır. Yəni "iman gətirmiş" adını daşımaq və bu ada layiq olmaq üçün ayənin göstərişinə əməl etmək, yəni oruc tutmaq lazımdır.
İkincisi, oruc hökmü İslamdan əvvəlki səmavi dinlərdə də mövcud olmuşdur. Bu gün də səmavi dinlərin ardıcılları oruc tuturlar. Doğrudur, onların orucu müsəlmanların orucundan fərqlidir, amma bəzi alimlər bu fərqliliyin sonralar təhrif nəticəsində yarandığını iddia edirlər. Hər halda, Allah bütün peyğəmbərlərinə insanları oruca çağırmağı əmr etmişdir (oruc qaydalarında şər'i fərqlər olsa belə).
Üçüncüsü, oruc müsəlmanlara vacibdir, Quran təbiri ilə desək, onlara "yazılmışdır". Buradakı "yazılmışdır" ifadəsi "fərz (vacib) edilmişdir" kimi qəbul olunur.
Nəhayət, dördüncüsü və ən mühümü, oruc tutmağın əsas fəlsəfəsi insanları təqvaya doğru yönəltməkdir. Oruc tutmağın əsas məqsədi nə bədəndəki artıq piyləri əritmək, nə acların halını duymaq, nə fiziki məhrumiyyətlərə qarşı dözüm əldə etməkdir. Bunlar əslində orucun nəticələridir. Eyni zamanda, bunlar əslində təqvanın ayrı-ayrı tərkib hissələri, şöbələridir. Orucun hər bir fiziki və mənəvi faydası insanı əsas hədəfə - təqvaya doğru aparır.
Müsəlman oruca başlayarkən "qürbətən iləllah", yəni Allaha yaxın olmaq, Onun razılığını qazanmaq, Onun tapşırığını yerinə yetirmək niyyəti edir.
Amma Allah üçün edilən hər bir ibadətin ilk növbədə bizim özümüzə xeyri var. Allahın heç nəyə ehtiyacı yoxdur, bizim ibadətlərimizə də həmçinin. Onun buyurduğu hər nəyi ediriksə, yalnız dünyada və axirətdə özümüzə xeyir qazandırmış oluruq. Bu xeyirin başında isə təqvalı olmaq durur. Təqva - Allahın əmr və qadağanlarına əməl etmək, haramlardan çəkinmək, hər an ilahi qüvvənin nəzarəti altında olduğumuzu anlamaq, əməllərimizə məsuliyyətlə yanaşmaq, hər bir pis əməlimizə görə cavab verəcəyimizi düşünmək, hər kəsin haqqını verməyə, heç kimə təcavüz etməməyə çalışmaq deməkdir. Bütün xeyir əməllərin kökündə təqva durur. İbadətlər, savablar təqva ilə həyata keçir. Günahlar təqva üzündən tərk edilir. Nəfslə mübarizə əslində təqvanı möhkəmləndirmək deməkdir.
Oruc tutan adam nəinki haramlardan, hətta başqa vaxtlar ona halal edilmiş nemətlərdən belə, çəkinir.
Oruc tutan adam səbrli, güzəştli, barışqan olur. Oruc tutan adam öz nəfsi üzərində hakimiyyət qazanır, ac ikən yeməməyin, susuz ikən içməməyin qələbəsini və təntənəsini duyur. Oruc tutan adam bir ay boyunca acların, kasıbların, məhrumların vəziyyətini canlı olaraq hiss edir. Oruc tutan adam qalan 11 ayda Allaha daha yaxşı ibadət edə bilmək üçün bədənini artıq piylərdən təmizləyir. Oruc tutan adam yalnız mədəsini yeməkdən deyil, gözünü harama baxmaqdan, qulağını yalan və qeybət eşitməkdən, dilini söyüş söyməkdən, əlini günah etməkdən, ayağını haram dalınca getməkdən çəkindirir. Bütün bunların kökü, məğzi təqvadan ibarətdir. Dözümlü insan, mərhəmətli insan, səbrli insan, sağlam insan, nəfsini cilovlaya bilən insan, günahdan çəkinən insan... Bunların hamısı birləşib bir obrazı - Təqvalı İnsan obrazını yaradır.
Oruc tutan şəxsin bütün davranışı təqva üzərində qurulur, təqvanı möhkəmlətməyə xidmət edir. Bir şərtlə ki, tutduğu oruc yuxarıdakı şərtlərə cavab versin. Bu şərtləri kim daha dəqiq yerinə yetirirsə, deməli, təqvası daha çoxdur. Və deməli, tutduğu oruc daha düzgün, Allaha daha layiq və Allah dərgahında daha məqbuldur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
XƏBƏR LENTİ
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)





