Maraqlı

60 saniyədə mədə ağrısından, qıcqırmadan, köpdən, qəbzlikdən xilas olun

24 Aprel 2021 08:11
Baxış: 1 273
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarın şişkinliyindən şikayətçisiniz, nə yesəniz dərhal qarınınız şişir və bu şikayətdən qısa müddətdə xilas olmaq qeyri-mümkündür deyə düşünürsünüzsə, yanılırsınız. Bu yazımızda sizlərə evdə hazırlayacağınız və şikayətlərinizi 60 saniyə kimi qısa bir müddətdə yox edəcək bir qarışıq təqdim edəcəyik.

Tərkibi:

1 orta boy xiyar (qabıqları soyulmuş və dilimlənmiş)
1 orta boy limon (incə dilimlənmiş)
1 ç/ qaşığı sürtgəcdən keçirilmiş zəncəfil
12 ədəd kiçik nanə yarpağı
2 litr su

Hazırlanması:

Bir qaba 2 litr su (ilıq), zəncəfil və nanə yarpaqları əlavə edin. Bir neçə dəfə qarışdırdıqdan sonra incə dilimlənmiş limonu və xiyar dilimlərini əlavə edin və təkrar qarışdırın. Gecə otaq istiliyində saxlayın. Səhər qalxdığınızda qarışıq içməyə hazır hala gəlmiş olacaq.

Nuş olsun

Bu qarışıqdan gündə 2 stəkan içməlisniz.
Bu ev istehsalı içki həzm sistemini yaxşılaşdıracaq, qəbizlik və köp problemini ortadan qaldıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.