Neyrofizioloqlar qocalıq demensiyasının yaranmasında hidrogen-sulfidin rolunu dəqiqləşdiriblar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Siçovullar üzərində aparılan təcrübə göstərib ki, beyin toxumalarında hidrogen-sulfidin toplanması onların neyronlarının qıcıqlanmasını artırıb. Bu, demensiyanın yaranmasını sürətləndirir. Tədqiqatın nəticələri "Scientific Reports" jurnalında dərc edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatın müəlliflərindən biri, Redinq Universitetinin dosenti Mark Dallasın sözlərinə görə, hidrogen-sulfid neyronların elektrik aktivliyinin tənzimlənməsində mühüm rol oynayan kalium kanallarının normal işini pozur. Əgər bu kanallar bağlanırsa, hüceyrələr hiperhəyəcan durumuna keçir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təxminən 50 milyon insan qocalıq demensiyasından əziyyət çəkir və hər il onların sayı artır. Bunun başlıca səbəbi Altsheymer xəstəliyidir. Lakin demensiyanın 30 faizi digər neyrodegenerativ xəstəliklərlə və beyinin fəaliyyətində pozulmalarla bağlıdır.
Ötən əsrin sonunda neyrofizioloqlar müşahidə ediblər ki, demensiya zamanı qocaların beyin toxumalarında adətən böyük miqdarda hidrogen-sulfid toplanır.
Dallas və onun həmkarları bu qazın hippokampın (insan və heyvan beyinlərində əsas yaddaş mərkəzi) neyronlarına necə təsir etdiyini araşdırıblar. Alimlər bu hüceyrələrin qida mühitinə müxtəlif konsentrasiyada hidrogen-sulfid əlavə edərək, neyronların elektrik aktivliyinin və ion kanallarının işinin necə dəyişdiyini müşahidə ediblər. Məlum olub ki, hidrogen-sulfidin konsentrasiyasının dəyişməsi neyronlar arasında oyadıcı elektrik siqnallarının ötürülməsi ilə bağlı olan kalium ion kanallarından birinə xüsusən güclü təsir göstərib. Hidrogen-sulfid nə qədər çox olubsa, neyronlar da bir o qədər sürətlə zahiri qıcıqlandırıcılara reaksiya verib.
Alimlər kalium kanallarının işinə nəzarət edən KCNB1 geninin strukturunun modifikasiya ediləcəyi halda da nə baş verəcəyini yoxlayıblar. Bu dəyişiklik nəticəsində kalium kanalları qaz molekullarına reaksiya göstərməyi dayandırıb.
Dallas və onun həmkarları ümid edirlər ki, gələcək tədqiqatlar nəticəsində demensiyanın qarşısını ala biləcək yeni dərmanlar yaratmaq mümkün olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
XƏBƏR LENTİ
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib





