Meyvə şirələrini bu metodla saxlayın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təzə sıxılmış meyvə şirələri konsentrat meyvə şirələrindən çox faydalıdır. Konsentrat meyvə şirələri vitaminsiz şəkərli içkilərdir. Təzə sıxılmış meyvə şirələrinin tərkibi isə vitamin və minerallarla zəngindir. Meyvə şirələri uşaq yaşlarından etibarən həyatımızın hər dövründə ləzzətlə istehlak etdiyimiz və sağlamlıq baxımından insan həyatında əvəzsiz yeri olan içkilərdir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a verilən məlumata görə meyvə şirələrinin tərkibi vitamin, minerallar, lif və flavonoidlərlə zəngindir.
Sağlamlıq üçün olduqca faydalı olan bu şirələr immun sistemini möhkəmləndirir, müalicəvi təsir göstərir. Hər şirənin isə öz faydası vardır. Amma düzgün qəbul edilmədikdə meyvə şirələrinin orqanizmə heç bir faydası dəymir. Buna görə də təzə sıxılmış meyvə şirələrini ən qısa müddətdə istehlak etmək lazımdır. Meyvə şirələri uzun müddət saxlandıqda vacib mineralları və vitaminləri itirir. Xüsusən C vitamini ilə zəngin olan meyvə şirələrində bu vitamin oksidləşərək sirkəyə çevrilir. Bununla yanaşı, uzun müddət saxlanılan meyvə şirələrində qısa müddət sonra bakteriya artmağa başlayacaq.
Meyvə şirələrindən düzgün istifadə edirikmi?
Təzə çəkilmiş meyvə şirəsini 2 saatdan çox olmamaq şərtilə istehlak etmək daha faydalıdır. Əgər meyvə suyu bu müddətdən artıq saxlanmalıdırsa, onda vitaminlərini qorumaqla saxlanmasını təmin etmək lazımdır. Belə ki, şirələrin plastik qablarda ağzı tam bağlanmamış və ya ağzı açıq şəkildə otaq temperaturunda saxlanması düzgün deyil. Bu şəkildə saxlanılan meyvə şirələrində dad və ya qoxu dəyişikliyi başlayacaq və o, sürətlə köhnələcəkdir. Meyvə şirələri hava ilə təmasda olmayan, quru və günəş işığına məruz qalmayan yerdə, xüsusən də möhkəm bağlanmış şüşə qablarda və soyuducuda saxlanmalıdır. Qoxusu və dadı dəyişmiş meyvə şirələri istehlak edilməməlidir.
Meyvə yeməkdən zövq almırsınızsa, şirəsini içməklə gündəlik bir sıra minerallara, vitaminlərə və fitokimyəvi maddələr kimi bioaktiv birləşmələrə olan ehtiyacı ödəmək üçün faydalana bilərsiniz. Həmçinin meyvələrin lətli hissələrini şirələrə qarışdırmaqla daha sağlam fitonutrientlər və lif ehtiva edən bir içki əldə edə bilərsiniz ki, bu zaman şirənin tərkibində olan lif toxluq hiss etməyə kömək edə bilər.
Şirələrin tərkibində olan C vitamini, polifenol və karotenoidlər kimi bir çox maddələr sağlamlığımız üçün olduqca faydalıdır.
Xüsusilə C vitamini orqanizmin xəstəliklərə qarşı müqavimətini artırdığına görə bizi infeksion və iltihabi xəstəliklərdən qoruyur, hipertoniya xəstələrində təzyiqin tənzimlənməsinə yardımçı olur, ürək xəstəliyi riskini azaldır. Portağal, üzüm, qreypfrut, nar, alma və albalıdan əldə olunan meyvə şirələrinin mütəxəssislər tərəfindən orqanizmə daha faydalı olduğu bildirilir.
Portağal şirəsi
Portağal şirəsinin əsasən C vitamini, kalsium, maqnezium mineralları ilə zəngindir. bir stəkan portağal şirəsi gündəlik C vitamini ehtiyacını qarşılayır. Fol turşusu, kalium, B1, B2, B6 vitaminləri və müxtəlif minerallarla zəngin olan portağal suyu xərçəng hüceyrələrinin inkişafına qarşı effektlidir. Portağal suyu bəzi dərmanların təsirini azalda bildiyindən diqqətlə istehlak edilməlidir. Həmçinin gecə yarısı içilən portağal suyu da yuxusuzluğa səbəb ola bilər.
Üzüm şirəsi
Üzüm şirəsinin tərkibində A, B, C vitaminləri, kalium və dəmir mineralları var. Güclü antioksidant xüsusiyyətləri sayəsində bədəndəki sərbəst radikallarla mübarizə apararaq immun sistemini gücləndirir. Üzüm şirəsi tərkibində çox miqdarda kalium və dəmir ehtiva edir. Üzüm suyu immun sisteminə və ürək-damar sağlamlığına müsbət təsir göstərir, xolesterol və şəkəri tarazlaşdıraraq ürək sağlamlığını təmin edir.
Alma şirəsi
Alma şirəsinin kalium, maqnezium, kalsium mineralları, C, K və E vitaminləri ilə zəngindir. Həmçinin yaddaşı gücləndirir, stres və yaşlanmanın təsirlərini azaldır.
İmmun sistemini gücləndirməyin ən asan yolu sağlam həyat tərzi və düzgün qidalanmaqdır. Sağlam qidalanmaq üçün qida rasionunda kifayət qədər meyvə olmasını təmin etmək, mövsümi meyvələrdən, eləcə də təzə sıxılmış meyvə şirələrindən istifadə etmək vacibdir. Müntəzəm olaraq meyvə şirələrini istehlak etməklə orqanizmi sağlam, gümrah və enerjili saxlamaq mümkündür.
Meyvənin keyfiyyəti hazırlanan şirənin də keyfiyyətinə böyük təsir göstərir. İstifadə olunan meyvə tam yetişməli, zədələnmiş və ya çürümüş olmamalıdır. Həmçinin şirə hazırlayarkən meyvənin axar suyun altında təmiz yuyulub, suyunun çəkilməsi şərtdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çin xəritələrində İsrailin adı ilə bağlı diqqətçəkən detal - (Foto)
-
Lamin Yamal "Qızıl top"dan danışdı
-
"Bu, qulaqlıqdır, sırğa deyil, boş-boş danışanlar..." - Zamiq - (Video)
-
Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı - (Video)
-
Millətlər Liqası: İspaniya və İsveçrə darmadağınla qalib gəldi
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
XƏBƏR LENTİ
-
Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı - (Foto)
-
Pomidor tribunalı: İrəvan Aİİ-də Moskvaya qarşı hüququn işləyib-işləmədiyini yoxlayacaq
-
Çin xəritələrində İsrailin adı ilə bağlı diqqətçəkən detal - (Foto)
-
Yasamalda su borusu partladı
-
Gələn il minimum maaş nə qədər olacaq?
-
Yaponiyada 6 bal gücündə zəlzələ oldu
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Lamin Yamal "Qızıl top"dan danışdı
-
Bərdədə 26 yaşlı gənc öldürüldü - Saxlanılan var
-
Xəzər dənizi ildən-ilə geri çəkilir - Səbəb
-
"Bu, qulaqlıqdır, sırğa deyil, boş-boş danışanlar..." - Zamiq - (Video)
-
“Azeri Light” 118 dollara düşdü
-
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - Faktiki hava
-
Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı - (Video)
-
Şəmkirdə iki avtomobil toqquşdu: 3 nəfər yaralandı
-
Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
-
Prezident İlham Əliyev: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
-
Fatih Terimin nəvəsi koronavirusa yoluxdu
-
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanlayıb
-
Qazın qiyməti bahalaşdı
-
“Mançester Siti”nin keçmiş futbolçusu 33 yaşında öldü - (Foto)
-
Dünya bazarında neft bahalaşdı
-
Nəsimi rayonunda qaz olmayacaq
-
Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə 42 ailə yola salınıb





