Mercedes-Benz EQS modelinin interyerini nümayiş etdirib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mercedes-Benz şirkəti S-Class flaqmanının elektrik analoqu olan dəbdəbəli EQS liftbekinin salonunu nümayiş etdirib. Əsas texniki yenilik, ön panelin eni boyu uzanan 56-düymlük ekrana sahib olan MBUX Hyperscreen multimedia sistemidir. Mercedes-Benz EQS modelinin kütləvi təqdimatı 15 aprel tarixində keçiriləcəkdir.
Milli.Az autograph.az-a istinadən bildirir ki, MBUX Hyperscreen multimedia sistemi barədə Daimler konsernin mətbuat xidməti ayrıca bəhs edib, ancaq seriya elektromobilinin interyer şəkilləri yalnız indi dərc olunub.
Cihazlar panelinin 12,3-düymlük ekranı, mərkəzdəki 17,7-düymlük sensorlu ekran və sərnişinin qarşısındakı 12,3-düymlük sensorlu ekran bir-biri ilə "tikişsiz" şəkildə birləşdirilib. Hyperscreen ekranı kənarlardakı havalandırma deflektorlarının "turbinləri" vasitəsi ilə bərkidilir. Mərkəzi havalandırma deflektorları gizlədilib, mühərriki işə salma və qəza işıqları düymələri kimi "fiziki" düymələr mərkəzi tunelə köçürülüb.
MBUX Hyperscreen multimedia sisteminin digər xüsusiyyətləri - toxunuşa cavab, heyranedici güc (kompleksin işinə səkkiz prosessor və 24 giqabaytlıq əməliyyat yaddaşı cavabdehdir) və inteqrasiya olunmuş musiqi xidmətləridir. Elektronika həm özünü təkmilləşdirir, həm də ön və arxa sərnişinlərin jestlərinə reaksiya verir,habelə səslə də idarə olunur.
Mercedes-Benz EQS modelinin top versiyaları 15 dinamikli 710 vatt gücü olan Burmester səs sistemi ilə təchiz ediləcəkdir.Akustika daxili yanma mühərrikinin səsini təqlid edəcək və ya xüsusi bir "səs mənzərəsi" yarada biləcəkdir: məsələn, sistem yağışın, meşənin və ya dəniz sahilinin səslərini sintez edə bilər. MBUX Hyperscreen sistemi ilə yanaşı, Mercedes-Benz elektrik flaqmanı tamamlanmış reallıq funksiyasına sahib olan proyeksiya ekranı ilə təchiz edilə bilər.
EQS modelinin fərdiləşdirmə variantları olduqca genişdir: liftbekin baza variantı 12,8-düymlük şaquli sensorlu ekranı və 12,3-düymlük virtual cihazlar paneli (yeni S-Class modelindəki kimi) olan interyeri əldə edəcəkdir. AMG Line idman versiyaları yenilənmiş E-Class modelindəki kimi cütlənmiş qolları olan sükan ilə təchiz ediləcəkdirlər. Çox güman ki, EQS liftbekinin arxa sərnişinlər üçün təklif etdiyi komfort Mercedes-Benz S-Class sedanından geri qalmayacaqdır.
Yeni elektromobilin xarici görünüşü hələlik gizli saxlanılır, lakin EQS modelinin seriya versiyasının beşqapılı liftbek olacağı, habelə seriya avtomobilləri üçün rekord Cx = 0,2 aerodinamik müqavimət əmsalı ilə seçiləcəyi məlumdur. Bundan başqa, model qısa ön çıxışı və uzun bazası olan qeyri-adi nisbətləri ilə fərqlənəcəkdir. EQS liftbeki elektrik MEA platformasında inşa edilən ilk Mercedes-Benz modeli olacaqdır.
Mercedes-Benz EQS elektromobilinin Avropa İttifaqında satışlarının avqust ayında başlanması planlaşdırılır. Payızda isə, eyni platformada inşa edilən EQE modelinin debütü baş tutmalıdır. EQS-SUV və EQE-SUV krossoverləri gələn il işıq üzü görəcəkdirlər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
XƏBƏR LENTİ
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)





