Maraqlı

Bill Qeytsin heç kimin görmədiyi 131 milyonluq malikanəsi - FOTO

30 May 2021 23:54
Baxış: 1 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" şirkətinin sahibi Bill Qeytsin 1990-cı illərdə aldığı 131 milyon dollarlıq malikanəsinin içini bu günə qədər çəkən olmayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hər kəsin marağında olduğu evi bir çoxları "sirrli malikanə" adlandırır. Dünyanın ən varlı adamlarından olan Bill Vaşinqton gölü sahilindəki evini heç vaxt göstərməyib.

Boşanma ərəfəsində olan milyarderin bu evinin aqibətinin necə olacağı haqda ingilis mediası yazı hazırlayıb. Dəyəri 131 milyon dollardan çox olan villa 6132 kvadratmetr ərazidə yerləşir. Villada sualtı musiqi sisteminə malik olan hovuz, 230 kvadratmetr ərazidə dağın zirvəsindən çıxarılan daşlarla döşənmiş idman zalı, 93 kvadratmetrlik yemək otağı, kitabxanası, SPA salonu, balıq tutmaq üçün böyük ərazisi var. Evə 7 yataq, 24 vanna otağı var. Evdə hər şey ən bahalı və yüksək səviyyəli materiallardan hazırlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.